Özbəkistan İxtisaslaşdırılmış Dermatovenerologiya və Kosmetologiya Elmi-Praktik Tibb Mərkəzi və Ə.Əliyev adına ADHTİ arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı

03.11.2023

Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Təmasların möhkəmlənməsində liderlərin və digər yüksəksəviyyəli rəsmilərin mütəmadi hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır.Axır vaxtlarda Azərbaycan dost ölkədən bir neçə böyük nümayəndə heyətini qarşılayıb. İki dost ölkənin liderləri müxtəlif beynəlxalq və regional platformalarda da müntəzəm olaraq görüşür, aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparır, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı yeni təşəbbüslər irəli sürürlər.
Tərəfdaşlıq əlaqələri digər sahələrlə yanaşı səhiyyə sektorunda da getdikcə güclənir. Bu yaxınlarda “Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası”nın keçirilməsi bu əlaqələrin bariz nümunəsidir. Dekada ölkələr arasında səhiyyə sahəsində münasibətləri yeni müstəviyə keçirməklə, bu istiqamətdə uğurlu inkişaf perspektivləri və gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaratmışdır. Dekada iştirakçıları ilə görüşdə çıxış edən Səhiyyə Naziri Teymur Musayev bildirdi ki, “dekada çərçivəsində birgə aparılan uğurlu cərrahi əməliyyatlar, müalicə və müayinə tədbirlərinin hər iki ölkənin həkim mütəxəssislərinin praktiki tibbi təcrübə mübadiləsinin həyata keçirilməsi, peşəkarlıq, bilik və bacarıqlarının artırılması ilə yanaşı əhalinin yüksək səviyyədə sağlamlığının qorunmasında mühüm addımdır”.
03.11.2023-cü il tarixində Ə.Əliyev adına ADHTİ-də rektor professor Nazim Qasımovun Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin “Respublika İxtisaslaşdırılmış Dermatovenerologiya və Kosmetologiya Elmi-Praktik Tibb Mərkəzi” Dövlət Müəssisəsinin direktoru professor Uluqbek Sabirovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü baş tutmuşdur. Görüşdə çıxış edən professor Nazim Qasımov bildirdi ki, eyni soykökə və uzun tarixə söykənən Azərbaycan - Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən, “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə” bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Professor Uluqbek Sabirov da öz çıxışında elm və tibb sahəsində ölkələrimiz arasındakı əlqələrin genişləndirilməsinə böyük qiymət verildiyini və bu əməkdaşlığın tərəflərin hər biri üçün faydalı olacağını bir daha vurğuladı. O, müəssisələr arasında artıq müəyyən əlaqələrin olmasını gələcək fəaliyyət üçün təməl yaratdığını da qeyd etdi. Beləki, Özbəkistandan olan 3 mütəxəssis keçən tədris ilində Ə.Əliyev adına ADHTİ-də təkmilləşmə kurslarını keçmişlər.
Görüş zamanı tərəflər mövcud resurslar və maraqlar çərçivəsində bərabərlik və qarşılıqlılıq əsasında arzuolunan, həyata keçirilə bilən və maraq doğuran əməkdaşlıq sahələrini müzakirə etdilər.
Görüşün sonunda Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin “Respublika İxtisaslaşdırılmış Dermatovenerologiya və Kosmetologiya Elmi-Praktik Tibb Mərkəzi” Dövlət Müəssisəsi və Ə.Əliyev adına ADHTİ arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı.
Memoranduma əsasən tərəflər kurslar, konfranslar, seminarlar və ya mühazirələr kimi birgə akademik və elmi fəaliyyətlərin təşkili, fundamental elmi tədqiqatların hər iki müəssisənin tədqiqatçı-alimlərinin iştirakı ilə aparılması, elmi materialların və nəşrlərin mübadiləsi, beynəlxalq və milli tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsində qarşılıqlı fəaliyyət, doktorantura təhsili və rezident hazırlığı proqramlarında əməkdaşlıq, elmi və pedaqoji kadrların birgə hazırlığı, eləcə də həkimlərin diplomdan sonrakı təhsilinin müasir formalarının tətbiqi və həyata keçirilməsində birğə fəaliyyət aparacaqlar.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX