Azərbaycan Radioloqlarının III Beynəlxalq konfransı keçirildi

30.10.2023

28 oktyabr 2023-cü il tarixində Azərbaycan Radioloqlarının III Beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir. Konfrans “Bayer” və “Phillips” şirkətlərinin dəstəyi sayəsində, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Konfransa 100 nəfər əyani və 300-dən çox mütəxəssis Zoom platforması üzərindən onlayn qatılmış idi.
Açılış sözü ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Yunus Əfəndiyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb konfransın Heydər Əliyev ilində keçirilməsi xüsusi qeyd etdilər.
Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Yunus Əfəndiyev xarici ölkələrdən gələn qonaqları konfrans iştirakçılarına təqdim edərək konfransın gedişində onların rolunu xüsusi qiymətləndirdi. O qeyd etdi ki, Azərbaycan Radioloqlar Cəmiyyəti 2019-cu ildə Dövlət qeydiyyatından keçmiş və bu vaxt ərzində 3 Beynəlxalq Elmi-Praktiki konfrans keçirmişdir. Cəmiyyət 2020-ci ildə ECR (European Society of Radiology) üzvlüyünə qəbul edilmişdir. O, öz çıxışında Azərbaycan Radioloqlar Cəmiyyəti üzvlərinin Avropada keçirilən tədbirlərdə iştirakından bəhs etmiş, 3 ARC üzvünün ECR komitələrinə, 3 ARC üzvünün ECR moderatorlar siyahısına daxil edildiyini vurğulamışdır. O, həmçinin Azərbaycan Respublikasının müxtəlif bölgələrində çalışan radioloqlar üçün təşkil edilmiş səyyari seminarlar haqqında məlumat vermişdir.
Konfransda Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri dosent Arzu Nuriyeva və kafedranın əməkdaşları Azər Fərəc, Aydın Mirzəyev və Nicat Alışev radiologiyanın aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış etmişlər. Eyni zamanda dosent Arzu Nuriyeva II bölümün moderatoru da olmuşdur.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX