Ə.Əliyev adına ADHTİ-da Azərbaycanda ilk dəfə olaraq parodontologiya kafedrası yaradılmışdır

18.10.2023

Parodontologiya ixtisası ölkəmizdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 2019-cu il tarixli 103 nömrəli Qərarı əsasında təsdiq edilmişdir. Parodontologiya - dişlər və implantlar ətrafındaki dəstək toxumaların xəstəliklərinin diaqnostikası, profilaktikası, müalicəsi və bərpasına yönəlmiş tibbi elm sahəsidir. Həkim-parodontoloq dişlər və implantlar ətrafında dəstək toxumaların xəstəliklərinin diaqnostikası, profilaktikası, qeyri-cərrahi və cərrahi müalicəsi, həmçinin ağız boşluğunda implantların yerləşdirilməsi üzrə ixtisaslaşmış həkim-stomatoloqdur.
Ölkəmizdə parodontologiya və dental implantologiya sahəsinin beynəlxalq təcrübəyə əsaslanaraq müvafiq təkmilləşdirilməsi, dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin diaqnostikası və müalicə metodları üzrə yeni rəhbərliklərin və tədris vəsaitlərinin tərtib olunması; parodontologiya ixtisası üzrə ali tibb təhsil pilləsinin dövlət standartı rezidentura səviyyəsi üzrə təhsil proqramının müasir standartlara uyğun nəzəri və praktiki öyrədilməsi; parodontologiya və dental implantologiya üzrə elmi-tədqiqat işlərinin müasir tələblər əsasında aparılması, innovasiyaların öyrənilməsi və praktikada tətbiqi; davamlı tibbi təhsildə tədrisin və sertifikasiyasının müasir tələblərlə uyğun yenilənməsi; tibb müəssisələrində konsultativ və təşkilati-metodik yardımın göstərilməsi və insanlarda diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimai məlumatlılığının artırılması zərurəti vardır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycanda ilk dəfə olaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda parodontologiya kafedrası yaradılmışdır. Kafedranın tərkibi kafedra müdiri, professor Afət Ağazadə, dosent Cavid Əhmədbəyli, assistentlər t.ü.f.d. Aslan Məmmədov və t.ü.f.d. Rüstəm Ağazadə təsdiq edilmişdir. Artıq 2023/2024-cü tədris ilindən kafedra ilk müdavimlərini qəbul etmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX