Bakıda VIII Tibb Təhsili üzrə Beynəlxalq konfrans keçirildi

11.10.2023

08.10.2023-10.10.2023-cü il tarixində Bakıda VIII Tibb Təhsili üzrə Beynəlxalq Konfrans (İnternational Conference on Medical Education, ICME) keçirilmişdir. Azərbaycanda ilk dəfə keçirilən bu tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistan İslam Respublikasının Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tibb təhsilinin aktual problemlərinə həsr olunan konfransda “Kurikulum dizaynında yeniliklər”, “Tibb təhsilində qiymətləndirmə”, “Qlobal səhiyyə və tibb təhsili”, “Tibb təhsilində sağlamlıq və dayanıqlıq” mövzuları ətrafında maraqlı məruzələrlə müxtəlif ölkələrdən olan nümayəndələr çıxışlar etmişlər.
Tanınmış xarici mütəxəssislərlə yanaşı yerli mütəxəssislər də çıxış edib, tibb təhsili ilə bağlı aktual məsələlərə toxunmuşlar. Konfransda məruzəçilər tərəfindən texniki tərəqqinin müasir səviyyəsində təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasına, tibb təhsilinin təkmilləşdirilməsinə, dünyanın nüfuzlu ali tibb məktəbləri ilə mübadilələrin aparılmasına, onlayn təhsilin genişlənişləndirilməsi istiqamətində zəruri addımların atılmasına, davamlı tibbi təhsil sahəsində qlobal vahid akkreditasiya meyarlarının müəyyənləşdirilməsinə ehtiyac olduğu vurğulanmışdır.
Konfransda Ə.Əliyev adına ADHTİ-nun üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşı Şəfa İbadullayeva “Tədrisdə canlanma: Ə.Əliyev adına ADHTİ-da təlimçilərin təlimi” təqdimatı ilə çıxış etmişdir. Təqdimatda institutda 2022-ci ildən başlayan ÜST Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıqda “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və yerli mütəxəssislərin bilik və bacarıqlarinın yenilənməsi və təkmilləşdirilməsi, bu sahədəki insan resurslarının gücləndirilməsinə dəstək olmaq məqsədi ilə aprılan kurslar haqqında geniş məlumat verilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX