Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilən seminar keçirildi

10.10.2023

Hər il 10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Dünyada bu günün qeyd olunması 1992-ci ildə Beynəlxalq Psixi Sağlamlıq Federasiyanın təşəbbüsü və ÜST-n dəstəyi ilə başlamışdır. Hər il ÜST psixi sağlamlıqla əlaqədar müxtəlif mövzulara həsr edilən geniş maarifləndirici tədbirlərin həyata keçirilməsini tövsiyə edir. Bu il Ümumdünya Psixi sağlamlıq günü “Psixi sağlamlıq universal insan hüququdur. Bizim düşüncələrimiz, bizim haqlarımız” şüarı altında keçirilir.
Ümumdünya Psixi Sağlamlıq Federasiyası bu mövzu ilə beynəlxalq ictimaiyyəti hökumətlər, vətəndaşlar və planlaşdırıcılar arasında daha çox əməkdaşlığa olan qaçılmaz ehtiyacı başa düşməyə çağırır ki, bütün dünya əhalisinə psixi sağlamlıq və rifah xidmətləri göstərmək mümkün olsun.
ÜST-nin 2013-2030-cu illər üçün Psixi Sağlamlıq üzrə Kompleks Fəaliyyət Planında və Dayanıqlı İnkişaf Məqsədlərində müəyyən edilmiş qlobal hədəflərə nail olmaq üçün psixi sağlamlığı inkişaf etdirmək və qorumaq, ehtiyacı olanları təmin etmək və onlara qayğı göstərmək üçün münasibətimizi, hərəkətlərimizi və yanaşmaları dəyişdirməyə yönəldilən tövsiyələr kimi məlumatlara geniş yer ayrılır.
Ə.Əliyev adına ADHTİ pediatriya kafedrasında həkim-müdavimlər üçün bu günə həsr olinmuş seminar kafedranın dosenti, təlimatçi Mətanət Qaraxanova tərəfindən təqdimatla keçirilmişdir. İlk olaraq seminar iştirakçılarına Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd olunmasının məqsədləri açıqlandı.Sonra M.Qaraxanova ÜST-n psixi sağlamlıq anlayışını, psixi sağlamlığa təsir amillər barədə geniş məlumatları,psixi sağlamlığln qorunması və gücləndirilməsi üçün ÜST-tərəfindən tövsiyə edilən komleks addımlari təqdim etdi. İştirak edən müdavimlərə stress və onu nümayiş etdirəndən əlamətlər, stresi aradan qaldırmaq üçün addımlar barədə də məlumat verildi.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX