Əməkdaşlarımız ABŞ-da təşkil olunmuş beynəlxalq master-klasda iştirak etdilər

02.10.2023

16-17 mart və 28-29 sentyabr 2023-cü il tarixlərində Nevada ştatının Rino şəhərində professor T. Pittsin təşkil etdiyi “Pitts Advance” master-klasının birinci və ikinci modulları baş tutmuşdur. Bu tədbirdə müxtəlif ölkələrdən olan ortodontlarla yanaşı, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının əməkdaşları dosent Orxan Qasımov və baş laborant Fidan Əliyeva da iştirak etdilər.
Ordontiya sahəsində ABŞ-ın aparıcı mütəxəssislərindən biri olan professor Tom Pitts Vaşinqton Universitetinin ortodontiya rezidenturasının 1970-ci ildə məzunu və Rino şəhərində ortodontiya üzrə özəl praktikanın qurucusudur. 1980-ci ildə o, beynəlxalq ortodontik tədqiqat qrupu olan “Pitts Progressive Group”u yaratmışdır. 1998-ci ildən 2017-ci ilə qədər Sakit Okean Universitetində ortodontik proqramda dosent vəzifəsində çalışan Pitts 2018-ci ildən UNLV-də ortodontik proqramda kliniki professorun köməkçisi vəzifəsində fəaliyyət göstərir. O, həmçinin “Ormco” və “OC Orthodontics” firmaları üzrə beynəlxalq müəllim və mühazirəçi, “Pitts 21” çıxmayan ortodontik sistemin və onun müxtəlif modifikasiyalarının ixtiraçısıdır. Professor Pittsin hazırladığı nadir ortodontik müalicə protokolunun əsasını dişləmin qısa müddətdə bərpası ilə yanaşı, xəstələrdə estetik təbəssüm qövsü yaratmağın mümkünlüyü təşkil edirdi.
Professor Pittsin master-klas dərslərinə pasiyentlərin ortodontik müalicəsinin protokollarının müzakirə olunduğu mühazirələr və “hand-on” təcrübə kursları daxildir. Bu zaman master-klasın hər bir iştirakçısı 2 klinik hadisəni təqdim etməlidir. Sonra master-klasın bütün iştirakçıları Pitts metodu üzrə birgə müalicə planı tərtib edir və əldə edilən nəticələr müzakirə olunur.
Professor Pittsin master-klasları ortodontlar üçün yeni biliklər əldə etmək, iş təcrübəsini bölüşmək, həmçinin yeni həmkarlar əldə etmək üçün əvəzolunmaz imkanlar verir.
Əməkdaşlarımız bu master-klasda əldə etdikləri bilik və bacarıqları institutun ixtisasartırma kurslarında peşəkar səviyyələrini yüksəldən müdavimlərə də çatdıracaqlar.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX