Şəki şəhərində 3-cü regional konfrans keçirilmişdir

18.09.2023

16 sentyabr 2023-cü il tarixində Şəki şəhərində Azərbaycan Pediatriya Cəmiyyətinin 3-cü regional konfransı keçirilmişdir. Konfransda Respublikanın müxtəlif bölgələrindən 125 pediatr, neonatoloq və nervopatoloq iştirak etmişdir. İştirakçılar pediatriyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinləmişlər.
Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının əməkdaşlarından Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin mütəxəssis- eksperti Erkin Rəhimov "Aşağı tənəffüs yollarının infeksiyaları" və dosent Nigar Hacıyeva "Qida allergiyası. Klinik hadisələrin müzakirəsi" mövzusunda təqdimatlarla çıxış etmişlər. Məruzələr həkimlər tərəfindən böyük maraqla qarşılanmış, ətraflarında diskussiya aparılmışdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX