Rezidenturaya qəbul olmaq istəyən əcnəbi vətəndaşların nəzərinə

22.08.2023

ELAN


2023/2024-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun rezidenturasına
qəbul olmaq istəyən əcnəbi vətəndaşların nəzərinə:

Qəbul olmaq istəyən şəxslər ilk öncə portal.edu.az saytından müraciət etdikdən sonra aşağıda qeyd olunan sənədləri 25.08.2023 il tarixindən 11.09.2023 il tarixinədək həftənin I,II,III,IV və V günləri saat 14:00 -17:00 aralığında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentura şöbəsinə təqdim etməlidirlər.
Qeyd: portal.edu.az saytında müraciət 15.08.2023-cü il tarixində aktivləşəcək və 11.09.2023-cü il tarixində sonlanacaqdır.

1

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru adına ərizə

2

Ali tibb təhsili haqqında diplom və surəti

3

Ali tibb təhsili haqqında diplomun nostrifikasiyası (xarici ölkə universitetlərinin məzunu olduğu halda)

4

Ümumvətəndaş passportu

5

Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi vəsiqəsinin surəti (olduğu halda)

6

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikası vətəndaşı və ya vətəndaşlığa mənsubiyyəti olmaması haqqında arayışın əsli

7

Sağlamlıq haqqında arayış (hepatit B.C) (QİÇS) və (COVİD-19)

8

CV

9

Nikah haqqında şəhadətnamənin surəti (mövcud olduğu halda)

10

Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (mövcud olduğu halda)

11

Əmək kitabçası (mövcud olduğu halda)

12

3x4 fotoşəkil


Rezidentura şöbəsi:
(012) 565 04 20
(012)565 04 25




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX