Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının açıq iclası keçirildi

20.06.2023

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası genişlənmiş formatda institutun bütün kafedralarının professor-müəllim heyətinin iştirakı ilə keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 2023/2024-cü tədris ilinin təqvim planı haqqında. İnstitutun tədris prosesinin təşkili məsələləri.
2. Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə institut əməkdaşlarının Fəxri Fərmanla təltif olunması.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik adları və dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə prorektor dosent T.H.Eyvazov çıxış edərək bildirdi ki, 2023/2024-cü tədris ilinin təqvim planıın tərtibatında bütün ixtisasların əhatə olunması, ixtisaslar üzrə 2 həftəlik tematik kursların sayının 5 olmaqla təqvim ili ərzində 4 dəfə təkrarlanması, tematik kursların yenilənməsinin minimum 20% olması, icra olunan dövlət proqramlarının yerinə yetirilməsinin nəzərə alınması, peşə hazırlığı kurslarının keçirilməsi, yalnız distant kursların planlaşdırılması və seminar /treninqlərin ancaq sifarişlə keçirilməsi prinsipləri nəzərə alınmışdır. Tədris ilində keçiriləcək 776 ixtisasartırma kursuna 9736 müdavimin qatılacağı planlaşdırılır. Bu zaman institut Elmi Şurasının 29.03.2022-ci il tarixli açıq iclasının qərarına dəyişikliklər edilərək həkim-müdavimlərin kurslarda pretest və posttest qiymətləndirilməsinin keçirilməsi və tədrisin keyfiyyətinin həkim-müdavimlər tərəfindən qiymətləndirilməsinin institutun saytında xüsusi yaradılmış bölmədə elektron formatda aparılmasına qərar verilmişdir.
Sonra prorektor bildirdi ki, Respublikadan kənar ixtisaslaşma keçmiş həkimlərin ölkəmizdə çalışması üçün onların keçdiyi tədris proqramlarının yerli tibbi tədris proqramlarına uyğunlaşdırılması lazımdır. Bu məsələni həll etmək üçün Səhiyyə Nazirliyinin göndərişi ilə həmin həkimlərin institutumuzda uyğun kursların keçməsi qərara alınmışdır. Artıq həmin kurslar başlanmışdır və müvəffəqiyyətlə davam edir. Hal-hazirda 22 ixtisas üzrə 153 müdavim hazırlıq keçir. Onların dərslərə davamiyyəti daim diqqət mərkəzindədir və mütamadi olaraq yoxlanılır. Bu yoxlamalar nəticəsində üzun müddət dərsdən yayınan 5 müdavim institutdan xaric edilmişdir. Müdavimlərin davamiyyət məsələsinə yay aylarında da xüsusi nəzarət olacaqdır.
Dosent T.H.Eyvazov bir məsələni də iştirakçıların nəzərinə çatdirdi ki, 2021-ci ildən başlayaraq, ÜST Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıqda “Azərbaycanda Pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdirilması və yerli mütəxəssislərinin bilik və bacarıqlarının yenilənməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Bu tədbirlərə ATU və Ə.Əliyev adına ADHTİ-nin müəllim heyəti üçün “Tədrisçilərin inkişafı proqramı” təlimləri də daxildir. Rektorun əmri ilə institutun bütün müəllimlərinin həmin təlimlərdə iştirak etməsi qərara alınmışdır. Müəllimlərin seçkiləri zamanı bu təlimin nəticələri xüsusi qiymətləndiriləcəkdir.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirməlidirlər. Keçirilən dərslərin qiymətləndirilməsi prosesi tam anonim olmaqla xüsusi yaradılmış qrup tərəfindən institutun rəsmi saytında xüsusi bölmədə aparılacaqdır.
Elmi şuranın gündəliyinin digər məsələsi üzrə rektor professor Nazim Qasımov çıxış edərək bir qrup institut əməkdaşının Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Fəxri Fərmanla təltif olunmasını elan etdi. Həmin əməkdaşlara Fəxri Fərmanlar təqdim olundu.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX