Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ümumi və plastik cərrahiyyə kafedrasının dosenti İlahə Əkbərova Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR - Independent Agency For Accreditation and Ratıng) dəvəti ilə növbəti dəfə beynəlxalq universitetlərin akreditasiyasında onlayn iştirak etmişdir. Əməkdaşımız Qazaxtan Respublikası Semey şəhərində yerləşən Semey Tibb Universitetinin təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsində xarici eksperti kimi rəy vermişdir. Dosent İ.Əkbərova uşaq cərrahiyyəsi ixtisası üzrə rezidentura təhsil proqramının keyfiyyətini qiymətləndirmiş, dəyişikliklər haqqında tövsiyələr vermişdir.
Qeyd etmək lazımdır ki, IAAR-ın ali təhsilə keyfiyyət təminatı Avropa reestrinə daxildir və MDB ölkələri arasında tək təşkilatdır ki, Ümumdünya Tibb Təhsili Federasiyası (WFME) tərəfindən tanınır.