Əməkdaşımız Meril Akademiyasının 18-ci Master Kursunda iştirak etmişdir

10.06.2023

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya və ortopediya kafedrasının assistenti t.ü.f.d. İnar Seidov 8-10 iyun 2023-cü il tarixində Hindistanın Gujarat ştatının Vapi şəhərində Meril Akademiyasının 18-ci Master Kursunda iştirak etmişdir. Kusrda 40 ölkədən 300-dən çox travmatoloq və ortopedlər iştirak edirdilər.
Kursun məqsədi regionlar üzrə diz oynağının artroplastika əməliyyatlarında ən son nailiyyətləri müzakirə etmək idi. Bu üç gün ərzində nümayəndələr Hindistandan və xaricdən canlı cərrahiyyə əməliyyatlarına, mürəkkəb klinik hadisə təqdimatlarına baxdılar və didaktik mühazirələrə qulaq asdılar. Tanınmış mütəxəssislərin iştirakı ilə əməliyyatlar hər tərəfli müzakirə edildi. Bu zaman canlı əməliyyatlarla yanaşı interaktiv seanslar da keçirilirdi. Eyni vaxtda proqram üzrə praktiki bacarıqların inkişaf etdirilməsinə də xüsusi fikir verilirdi. Beləki, praktikada tətbiq edilən çətin texnologiyalar haqqında ekspertlərin iştirakı ilə fikir mübadiləsi aparıldı və yenilikləri öyrənmək imkanları əldə edildi.
Tədbir cərcivəsində əməkdaşımız İnar Seidov Sakra World Hospitalda diz oynağının robotik artroplastika əməliyyatında iştirak etdi.
Hal-hazırda robotik cərrahiyyə ümumi cərrahiyyə, uroloqiya, ginekoloqiya ilə yanaşı travmatologiya-ortopediya ixtisasında da yerini tapır və gələcəkdə böyük yeniliklərə imza atacağı gözlənilir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX