3 iyun 2023-cü il tarixində Bakı Konqres Mərkəzində “Philips günü”nə həsr olunmuş konfrans keçirilmuşdir. Tədbirdə Azərbaycan Respubliksaı səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in səlahiyyətli nümayəndələri, yerli və xarici mütəxəssislər iştirak etmişlər.
Tədbirin acılışını Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizeman etmişdir. Açılışdan sonra keçirilən elmi sessiyada Azərbaycan Radiologiya Cəmiyyətinin dəstəyi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri dosent Arzu Nuriyeva “Radiologiyanın dünəni,bugünü və gələcəyi”, Azərbaycan Fetal Ultrasəs Tədris və Tədqiqat Qrupu dəstəyi ilə “Tusi” klinikasının radioloqu Elçin Nəsibov və Azərbaycan Kardiologiya Cəmiyyətinin dəstəyi ilə Mərkəzi Klinik Xəstəxanasının invaziv kardioloqu Oktay Musayev nadir xəstəliklərin diaqnostikasında önəmli radioloji məqamlardan bəhs edən məruzələrini təqdim etmişlər. Bu cıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanmış və ətrafında diskusiya aparılmışdır.