İnstitutun əməkdaşları üçün “Tədrisçinin təməl bacarıqlarının inkişafı” adlı növbəti kurslar keçirildi
01.06.2023
2021-ci ildən başlayaraq, ÜST Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıqda “Azərbaycanda Pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdirilması və yerli mütəxəssislərinin bilik və bacarıqlarinın yenilənməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Bu tədbirlərə ATU və Ə.Əliyev adına ADHTİ-nin müəllim heyəti üçün “Tədrisçilərin inkişafı proqramı” təlimləri də daxildir.
2023-cü ilin 03-11 aprel və 22-31 may tarixlərində Ə.Əliyev adına ADHTİ əməkdaşları üçün “Tədrisçin təməl bacarıqlarının inkişafı” adlı 2 günlük kurslar təşkil olunmuşdur. Kurslarun məqsədi tibb tədrisçilərinə yeni bilik və bacarıq qazandırmaq, bu sahədəki insan resurslarının gücləndirilməsinə dəstək olmaqdır.
Təlim proqramına əsasən müxtəlif kafedralardan olan 21 nəfər iştirakçılara Türkiyədən olan ÜST eksperti Özləm Mıdık ilə yanaşı institutumuzun 10 nəfər seçilmiş təlimçiləri (pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və baş laborantı Məsmə Quliyeva, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Ayşən Qasımova və baş laborantı Pərvanə Əhədova, mikrobiologiya və epidemiologiya kafedrasının assistentləri Sahib Kərimov və Emin Dadaşov, əczaçılıq kafedrasının baş laborantı Nurlanə Hacılı və ailə təbabəti kafedrasının assistenti Dinar Qəhrəmanova) tərəfindən müxtəlif mövzulara dair təqdimatlar və praktiki məşğələlər keçirilmişdir. Nəticə olaraq, kursun sonunda, iştirakçıların hər biri öz sahələrinə aid olan mövzu ilə əlaqədar əldə edilən tədris metodikalarının tədbiqini nümayiş etdirmişlər.
Təlimin bağlanışında iştirak edən institutun prorektoru t.e.d.İlqar Həsənov çıxış edərək bu kursların tədris fəaliyyətinə böyük xeyir verəcəyini səsləndirmişdir. Təlim iştirakçıları kursun yüksək səviyyədə təşkil olduğunu, maraqlı və faydalı məlumatları əldə etdiklərini və qazanılmış bilik və bacarıqlarını öz fəaliyyətlərində istifadə edəcəklərini bildirdilər.
Hörmətli dostlar! Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.