27 may 2023-ci il tarixində Gəncə şəhərində TƏBİB və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktiki pediatrik konfrans keçirilmişdir. Konfransda pediatriyanın aktual problemlərinə həsr olunmuş məruzələr təqdim olunmuşdur. Gəncə və ətraf rayonlarda çalışan pediatrların iştirak etdiyi konfransa Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva da məruzəçi kimi dəvət olunmuş idi. Dosent N.Hacıyevanın "Erkən qidalanmanın uzunmüddətli proqramlaşdırma təsiri", "Mikrobiom sağlamlıq üçün niyə bu qədər vacibdir?", "Səpki ilə müşahidə edilən xəstəliklərin diferensial diaqnostikası klinik hadisələr üzərində" mövzulu məruzələri dinləyicilər tərəfindən maraqla qarşılanmış və onlar ətrafında müzakirələr aparılmışdır.