Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Ümummilli lider H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirildi

05.05.2023

Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyət olan Ümummilli lider Heydər Əliyevin tarixdəki yeri misilsizdir. Bu il Ümummilli liderin anadan olmasının 100-cü ildönümüdür. Ulu öndərin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir. Ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir.
Ümummilli liderin doğum günü ölkəmizin hər yerində olduğu kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda qeyd olunmuş və 05 may 2023-cü il tarixində bu günə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Konfransın başlanmasından əvvəl Əziz Əliyev adına ADHTİ-nin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər və Ulu Öndərin məzarı önünə əklil qoydular.
Konfransın işində tanınmış yerli mütəxəssislərlə bərabər müxtəlif ölkələrdən: ABŞ 1, Türkiyə Cumhuriyyətindən 7, Ukraynadan 10, Rusiya Federasiyasından 8, Özbəkistandan 3, Çexiya Respublikasından 2, Avstriyadan 1, İtaliyadan 1 alim mütəxəssis-professorlar əyani və onlayn rejimində iştirak etmişlər.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov açdı. O, çıxışında Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salaraq bildirdi ki, hər bir xalqın taleyində dönüş yaratmağı bacaran bir ya iki insan olur ya olmur. Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli liderin rolu əvəzolunmazdır.
Sonra nazir müavini qeyd etdi ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. Bu şanlı qələbəni xalqımız haqlı olaraq qürurla, böyük sevinclə bayram edir və Ulu öndər Heydər Əliyevin adı ilə bağlayır. Tam əminliklə demək olar ki, Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir. Çıxışın sonunda konfrans iştirakçılarını təbrik edərək işlərində uğur arzuladı.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov çıxış edərək Ulu Öndərin tibb kadrlarının hazırlanmasında, diplomdansonrakı tibb təhsilinin inkişaf etdirilməsində, bilavasitə Həkimləri Təkmilləşdirmə İnstitunun inkişafındakı əvəzolunmaz rolunu qeyd etdi.
Yasamal rayon İcra başçısı Elşad Həsənov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın inkişaf və tərəqqəsində əvəzolunmaz rolu haqqında çıxış edib, konfrans iştirakçılarını salamladı.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlham Məmmədov çıxış edərək Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatların aparılmasda, səhiyyənin qanunvericilik bazasının təkmilləşdirilməsində böyük əməyi olduğunu qeyd etdi.
Konfransın işində iştirak edən Türkiyəli alimlərdən Dünya Otorinolarinqologiya Cəmiyyətinin vitse-prezidenti, Dünya Rinologiya Cəmiyyətinin baş katibi, Hacəttəpə Universitetinin professoru Metin Önerçi və Türkiyə Cumhuriyyəti Sağlıq Bilimləri Universitetinin professoru Necati Alkış iki qardaş ölkə arasında qırılmaz əlaqələrin olmasından söz açdılar. Qeyd edildi ki, səhiyyə sahəsində bu əlaqələrin təcəssümü çoxsaylı azərbaycanlı gənclərin Türkiyənin qabaqcıl universitetlərinin tibb fakultələrində təhsil almaları, əldə etdikləri müasir təcrübəni vətənə qayıdaraq iş yerlərində tətbiq etməklə Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrdir. Amerika Ailə Həkimləri Assosiyasiyasının üzvü professor Stiv Ston Hous konfrans iştirakçılarını salamlayıb Heydər Əliyevin xalqlar arasında dostluq əlaqələrinin yaranmasında mühüm rolu haqqında danışdı.
Rəsmi açılış hissəsinin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.
Fasilədən sonra konfrans öz işini iki gün ərzində 3 plenar iclasda Azərbaycan və xarici ölkələrdən dəvət olunmuş alimlərin elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş 33 sayda əyani və onlayn çıxışları ilə davam etdirdi, tibb elminin aktual məsələləri haqqında məruzələr dinlənildi. Həm əcnəbi, həm də Azərbaycan alimlərinin təbabətin müxtəlif sahələrində əldə etdikləri nailiyyətlərə həsr olunmuş bütün çıxışlar dinləyicilər tərəfindən maraqla qarşılandı və mövzular ətrafında çoxsaylı diskussiyalar aparıldı.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX