Əməkdaşlarımız “Koru Gebelik Doğum Lohusalık” konqresində iştirak etmişlər

02.05.2023

Türkiyənin Bolu şəhərində 26.04.2023-01.04.2023 tarixində hamiləlik və perinatologiyanın problemlərinə həsr olunan “Koru Gebelik Doğum Lohusalık” konqresi keçirilmişdir. Hər il baş tutan konqresdə Ə.Əliyev adına ADHTİ-nin mamalıq və ginekoligiya kafedrasının müdiri professor Leyla Rzaquliyeva və kafedranın əməkdaşı Günel Əfəndiyeva iştirak etmişlər. Professor Leyla Rzaquliyevanın moderatorluq etdiyi paneldə çıxış edən Günel Əfəndiyevanın “Postpartum kanama: koaqulopati” mövzusunda məruzəsi maraqla dinlənilmiş və ətrafinda diskussiya aparılmışdır.Əməkdaşlarımız iştirak və çıxışa görə sertifikatlar almışlar.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX