Azərbaycan Pediatriya Cəmiyyətinin 2-ci regional iclası keçirildi

10.04.2023

8 aprel 2023-cü il tarixində Gəncə şəhərində Azərbaycan Pediatriya Cəmiyyətinin 2-ci regional iclası baş tutdu. Toplantıda Gəncə və ətraf rayonlardan 90-na yaxın pediatr iştirak etdi. Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov toplantının açılışında bildirdi ki, regional iclasların məqsədi müxtəlif regionlarda həkimləri bir yerə toplayaraq pediatriyanın aktual problemlərinin müzakirəsidir. İclasda həmin problemlərə həsr olunmuş 8 məruzə edildi.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva "Qıcıqlanmış bağırsaq sindromunu necə tanıyaq?" və "Üst tənəffüs yolu infeksiyaları", həmin kafedranın assistenti Erkin Rəhimov "Alt tənəffüs yolu infeksiyaları" mövzularında məruzələrlə çıxış etdilər.
Dosent N.Hacıyevanın və assistent E.Rəhimovun çıxışları həkimlər tərəfindən maraqla dinlənildi və müxtəlif suallar verilərək müzakirə olundu.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX