Otorinolarinqologiya kafedrası “Polipoz rinosinusitlərin müasir müalicə metodları” mövzusunda treninq keçirmişdir

01.04.2023

31 mart 2023-cü il tarixində Ə.Əliyev adına Azәrbaycan Dövlət Hәkimlәri Tәkmillәşdirmә İnstitutunun otorinolarinqologiya kafedrası tərəfindən “Polipoz rinosinusitlərin müasir müalicə metodları” mövzusunda treninq keçirilmişdir. Kafedranın müdiri professor Nazim Hüseynovun giriş nitqindən sonra dosent Akif Əfəndiyev “Polipoz rinsinusitlər: etiologiya, patoqenez, klinika və müasir müalicə metodlari” mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirədən sonra assistent t.ü.f.d. Məzahir Quliyev polipoz rinosinusitlərin cərrahi müalicəsi haqqında danışmışdır. O, funksional endeskopik sinus cərrahiyyəsi (FESC) əməliyyatlarında diqqət çəkən məqamlar, əməliyyatın klassik gedişatı, üzə çıxan çətinliklər və diqqət ediləcək məsələlər haqqında ətraflı məlumat vermişdir. Məruzə mövzuya aid klinik halların müzakirəsi ilə davam etdirilmiş, ayrı-ayrı xəstələrdə nəzərdə tutulmalı olan əsas məqamlar həkim-dinləyicilərin nəzərinə çatdırılmışdır. Sonda kliniki hallar təqdim edilmiş, cərrahiyyə otağından görüntülər göstərilmişdir.
Treninq, iştirakçılar tərəfindən maraqla qarşılanmış, iştirak edən müdavimlər və rezidentlər aktiv olaraq müzakirələrdə iştirak etmiş və sonda bu cür treninqlərin davamlı keçirilməsini rica etmişlər.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX