24 Mart Ümumdünya Vərəmlə mübarizə Gününə həsr edilən seminar keçirildi

24.03.2023

Hər il olduğu kimi dünyada 24 Mart Vərəmlə Mübarizə günü qeyd edilir. Vərəm mövzusu günün aparıcı mövzulardan biri olduğu üçün 2023-cü ildə ÜST “Bəli! Biz Vərəmə son qoya bilərik” şüarı altında bütün təşkilatları birləşməyə və mübarizə tədbirlərini birgə həyata keçirməyə çağırır.
Tibb işçilərinin daha da məlumatlı olması və əhali arasında uyğun şəkildə maariflədirmə işlərini aparması məqsədilə Ə.Əliyev adına ADHTİ-də mütəmadi olaraq ictimai səhiyyə ilə əlaqəli müxtəlif seminarlar təşkil edilir.
Pediatriya kafedrasında təkmilləşdirmə kurslarında iştirak edən həkimlər üçün belə bir seminar 24 Mart Vərəmlə Mübarizə günü ilə əlaqədar keçirilmişdir. Seminar iştirakçılarına ÜST-ün vərəmlə bağlı yeni təlimat və tövsiyələri kafedranın dosenti Mətanət Qaraxanova tərəfindən təqdim edilmişdir. Uşaq və yeniyetmələrdə vərəmin qarşısının alınması və müalicəsinin böyüklərdən geri qaldığını nəzərə alaraq ÜST tərəfindən “Uşaq və yeniyetmələrdə vərəmin idarə edilməsi üçün” yenilənmiş təlimatı nəşr olunmuşdur. ÜST-n bu gün açıqladığı təlimatın məqsədi uşaqlar və yeniyetmələr üçün fərq yaratmaq, onlara daha tez diaqnoz qoymaq və səhiyyə xidmətlərindən istifadə imkanlarını artırmaqdır. Həmin təlimat xəstələrdə sağlamlıq nəticələrinin yaxşılaşmasına və yoluxmanın azalmasına səbəb olacaqdır. Gənclərin həyatını xilas etmək və iztirabların qarşısını almaq üçün bütün ölkələrdə bu təlimatların tez bir zamanda, prioritet olaraq, tətbiq edilməsi ÜST tərəfindən tövsiyə edilir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX