II Azərbaycan Endokrinologiya və Metabolizm Konqresi və VI Azərbaycan Diabet Konqresi keçirildi

27.12.2023

27 dekabr 2023-cü il tarixində II Azərbaycan Endokrinologiya və Metabolizm Konqresi və VI Azərbaycan Diabet Konqresi keçirildi. Konqresdə ölkəmizlə yanaşı Ukrayna, Serbiya və Rusiyadan olan mütəxəssislər iştirak edirdilər.
Açılış mərasimində Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri t.e.d.V.Mirzəzadə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin endokrinologiya üzrə mütəxəssis-eksperti B.S. Qənnadi, Azərbaycan Diabet Cəmiyyətinin sədri A.Hüseynova, Respublika Endokrinolojı Mərkəzinin direktoru t.ü.f.d. N.İsmayılova çıxış edib konqresin işinə müvəffəqiyyətlər arzuladılar.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri t.e.d. V.A.Mirzəzadə «Şəkərli diabetdə dislipidemiyanın kombinə müalicəsi», kafedranın professoru İ.İ.Mustafayev «Arterial hipertenziya və dislipidemiya: müalicəyə necə yanaşmalı», kafedranın dosenti S.S.Sultanova «Prediabet və MAFLD», kafedranın dosenti G.H.Babayeva «MAFLD və MASLD: endokrinoloqla çiyin-çiyinə» məruzələri ilə çıxış etdilər. Məruzələr maraqla qarşılandı,verilən suallar cavablandırıldı.


TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX