Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

26.12.2023

26 dekabr 2023-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclası keçirildi. İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:

1. İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin dəstəklənməsi barədə.
Məruzəçi: dosent E.Ə.Qədimova

2. Görkəmli alim və dövlət xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransa hazırlıq haqqında.
Məruzəçi: dosent M.T.Meybəliyev

3. İnstitutun rezidenturada təhsilin gedişatı haqqında.
Məruzəçi: A.R.Hüseynova

4. Şua terapiyası kursu ilə şua diaqnostikası kafedrasinin müdiri vəzifəsinə seçki.
5. Parodontologiya kafedrasinin müdiri vəzifəsinə seçki.
6. Patanatomiya və məhkəmə tibbi ekspertiza kafedrasinin müdiri vəzifəsinə seçki.
7. Ftiziatriya kafedrasının 0.5 vahid professoru vəzifəsinə seçki.
8. Ümumi və plastik cərrahiyyə kafedrası üzrə t.ü.e.d. S.Ə.Hüseynova dosent elmi adının verilməsi.
9. Müxtəlif məsələlər.

I məsələ üzrə Ə.Əliyev adına ADHTİ-nin Yeni Azərbaycan Partiyası təşkilatının sədri hematologiya kafedrasının müdiri dosent Elmira Qədimova çıxış edərək bildirdi ki, 20 ildir ki, Azərbaycan xalqı keçirilmiş bütün prezident seçkilərində öz taleyini yalnız İlham Əliyevə etibar edib və onun 20 illik fəaliyyətinin möhtəşəm nəticələrinin zirvəsində 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfər dayanır.Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycan vətəndaşlarının ona bəslədiyi böyük ümidlərlə əlaqədardır. Bu ümidlərin ifadə olunması çox ciddi səbəblərə söykənir. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi. Ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi. 21-ci əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib. Ona görə də Yeni Azərbaycan Partiyası İdarə heyəti Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi yeni reallıqda partiyanın sədrinin prezidentliyə namizədliyini irəli sürmüş və onun namizədliyinin irəli sürülməsinin ölkəmiz və xalqımız üçün uğurlu, faydalı olduğuna əminlik ifadə etmişdir.
Çıxışının sonunda dosent Elmira Qədimova Prezidentimiz cənab İlham Əliyevin seçkilərdə yenidən prezident seçilməsi üçün namizədliyini dəstəkləməyə çağırdı.
Elmi Şura yekdilliklə növbədənkənar prezident seçkilərində cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi haqqında qərar qəbul etdi.
II məsələ üzrə prorektor dosent M.T.Meybəliyev çıxış edərək Elmi Suranın qərarı ilə ənənəvi olaraq 2024-cü ilin yanvar ayının 17-sində keçiriləcək görkəmli alim və dövlət xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransa hazırlıq işlərindən danışdı. III məsələ üzrə rezidentura şöbəsinin müdiri Arzu Hüseynova çıxış edərək bildirdi ki, 2011-2023-ci illər ərzində instituta rezidentura təhsili üçün plan üzrə 889 qəbul yeri ayrılmışdır. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanların nəticəsində institutumuza 35 ixtisas üzrə 888 həkim rezident qəbul olmuşdur. Hal-hazırda 284 rezident təhsil alır,onlardan 6-sı əcnəbidir. Hal-hazırda rezidenturada hazırlıq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05 noyabr 2021 tarixli 94 nömrəli əmri ilə təsdiq edilmiş siyahı üzrə klinik baza olaraq 47 dövlət və özəl müəssisədə aparılır. Yaxın zamanda bu siyahıya bir sıra özəl müəssisənin də daxil edilməsi gözlənilir. Beləliklə rezidentlərin hazırlığı üçün istifadə edə biləcək klinik bazalarımızın sayı daha çox olacaqdır. İlin sonunadək 94 həkim-rezidentin təhsil müddətinin bitməsi gözlənilir. 2024-2025 tədris ili üçün qəbul planında 28 ixtisas üzrə 54 yer ayrılmışdır. Eyni zamanda bir neçə ölkənin ali tibb təhsili müəssisələri ilə müqavilələr bağlanaraq 6 ölkə üzrə 184 həkim rezidentin xaricdə rotasiya keçməsi təmin olunmuşdur: Almaniya Federasiyası- 46, Rusiya Federasiyası- 3, Belarusiya- 6, Macarıstan-1, ABŞ-1, Türkiyə Cümhuriyyəti - 127 həkim-rezident.
Elmi şuranın gündəliyinin digər məsələləri olan kafdedra müdiri və professor vəzifəsinə seçkilər, dosent elmi adının verilməsi üzrə müzakirələr getdikdən sonra müsbət qərar qəbul edilmişdir.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX