Əməkdaşlarımız “Diabetes Complications and Diabetes in Crisis” beynəlxalq konqresində çıxış etdilər

09.12.2023

4-7 dekabr, 2023-cü il tarixində Belçikanın paytaxtı Brüsseldə “Diabetes Complications and Diabetes in Crisis” adlı International Diabetes Federation (IDF)-2023 virtual konqresi keçirildi. Konqresdə müxtəlif ölkələrdən dəvət olunmuş mütəxəssislər endokrinoloji patologiyalar, prediabet və diabetin ağırlaşmaları, onların profilaktikası və müalicəsi mövzularına dair çıxışlar etdilər. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının baş laborantları Əliyeva Aygün “Use of the glucose tolerance test index in a new screening method for diabetes and prediabetes” və İsmayılova Sevil “Is 140 mg/dl for 2-h oral glucose tolerance test so good for prediabetes diagnostics?” mövzuları ilə çıxış etdilər. Terapiya kafedrasının müdiri, t.e.d. Valeh Mirzəzadənin rəhbərliyi altında aparılan şəkərli diabet və prediabetin skrininqi, diaqnostika və idarə olunmasına dair elmi-tədqiqat işinə həsr olunmuş tədqiqatın nəticələrinin bir hissəsi səsləndirildi. Məruzənin sonunda çoxsaylı suallar verildi. Aparılan tədqiqat işi böyük marağa səbəb olmuşdur. Sonda əməkdaşlarımıza müvafiq IDF 2023 sertifikatları təqdim olundu.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX