Xarici ölkələrdə hazırlıq keçmiş tibb mütəxəssislərinin növbəti yekun imtahanı keçirilmişdir

01.12.2023

Xəbər verildiyi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13 iyun 2022-ci il tarixli 10№-li “Xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədi ilə imtahanın keçirilməsi qaydası” qərarına əsasən Sertifikasiya Komissiyasında imtahandan keçmiş şəxslər göndəriş əsasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 6 ay müddətində kurslara cəlb edilmişlər. Bu gün həmin müdavimlərdən növbəti 77 nəfəri 22 ixtisas üzrə kurslarda təhsil müddəti başa çatdığına görə yekun imtahanında iştirak etmişlər. İmtahanlar müvafiq kafedraların bazalarında müdavimin kurs ərzində davamiyyəti və hazırlıq planına uyğun ixtisas üzrə praktik peşə vərdişlərinin mənimsənilməsi və tələb olunan minimal sayda icrasınıın təsdiqi (xəstə sayı, müalicə və diaqnostik üsulların, müxtəlif manipulyasiyaların icra olunmasının sayı və strukturu) haqqında hesabatları nəzərə alınmaqla keçirilmişdir. Bu zaman praktik vərdişlərin ixtisasdan asılı olaraq mövcud simulyatorlardan istifadə olunmaqla yerinə yetirilməsinə, laborator və instrumental müayinə üsullarının (USM, KT, MRT, EKQ və s.) nəticələrinin düzgün interpretasiyasının aparılmasına qiymət verilmişdir. İmtahana buraxılmış müdavimlərdən 74 nəfəri yekun qiymətləndirməni müvəffəqiyyətlə keçmişlər və onların praktik peşə fəaliyyətinə buraxılmasına müsbət rəy verilmişdir. İnstitutda sentyabr ayında keçirilmiş ilk yekun imtahanının nəticələri də nəzərə alınsa ümumi 22 ixtisas üzrə 145 mütəxəssis ölkəmizdə praktik peşə fəaliyyəti ilə məşgul ola bilər.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX