“Ana və Uşaq Sağlamlığı: Mövcud problemlərə müasir baxış” beynəlxalq elmi konqresi keçirildi

29.11.2023

27-28 noyabr 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ana və Uşaq Sağlamlığı: Mövcud problemlərə müasir baxış” beynəlxalq elmi konqresi keçirildi. Konqresi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzi təşkil etmişdir.
Konfransın açılışında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim Rəşad Mahmudov, Səhiyyə nazirinin müavini, t.ü.f.d., dosent Nadir Zeynalov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, s.e.d., professor Hicran Hüseynova, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun PHŞ-nin direktoru, t.e.d., professor Cəmilə Qurbanova çıxış etdilər.
27 noyabr 2023-cü il tarixində Müasir mama-ginekologiyanın aktual problemləri mövzularında Böyük Britaniya, Türkiyə və Azərbaycan mütəxəssislərin çıxışları təqdim olundu.
28 noyabr 2023-cü il tarixində 1-ci paneldə “Neonatologiya üzrə son təlimatlar”, 2-ci paneldə “Neonatal reanimasiyada mübahisəli və həssas məqamlar”, 3-cü paneldə “Pediatriyada təcili və təxirəsalınmaz hallar” mövzularında təqdimatlar keçirildi. Pediatriya panelində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva “Uşaqlarda limfoadenopatiya. Hansı müayinələri etməliyik? Xəstəyönümlü müalicə sxemi necə olmalıdır?” mövzuda təqdimat keçirdi.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX