“Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri” mövzusunda beynəlxalq elmi konqres keçirilmişdir

20.02.2023

18-19 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin elmi-təcrübi və tədris mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin və Türkiyə Kolon və Rektum Cərrahi Dərnəyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri” mövzusunda beynəlxalq elmi konqres keçirilmişdir. Konqresin rəsmi açılış hissəsi Azərbaycan Respublikasının və Türkiyə Cumhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə öz işinə başladı. Rəsmi açılış hissəsində ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin sədri, professor Xaləddin Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin elmi-təcrübi və tədris mərkəzinin rəisi Rəşad Mahmudov, Türkiyə Kolon və Rektum Cərrahi Dərnəyinin sədri, professor Ayhan Kuzu, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov və Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev çıxış etdilər.
Konqresdə 44 günlük Vətən müharibəsi şəhidlərinin və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Eyni zamanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş video-çarx nümayiş etdirildi.
Konqresin rəsmi hissəsindən sonra elmi hissədə Azərbaycan Milli Akademiyasının müxbir üzvü, professor Nuru Bayramovun, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayevin və Türkiyə Kolon və Rektum Cərrahi Dərnəyinin sədri, professor Ayhan Kuzunun moderatorluğu ilə “Yoğun bağırsağın xoşxassəli xəstəlikləri” panelində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Babayeva Gülüstan Həmid qızı “İltihabi bağırsaq xəstəliklərində gastroenteroloq-cərrah rolu və məsuliyyət bölgüsü” adlı mövzü ilə cıxış etmişdir.Cıxış böyük marağa səbəb olmuş və ətrafında diskussiya aparılmışdır.
2 gün ərzində həyata keçirilmiş konqresdə Azərbaycan və Türkiyənin qabaqcıl özəl, dövlət və universitet xəstəxanalarının mütəxəssisləri tərəfindən ümumilikdə 8 paneldə 23 məruzənin dinlənilməsi baş tutmuşdur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX