NEKROLOQ

06.12.2022

Azərbaycan səhiyyəsinə ağır itki üz vermişdir. Ə.Əliyev adına Azәrbaycan Dövlət Hәkimlәri Tәkmillәşdirmә İnstitutunun professoru, tibb üzrə elmlər doktoru Əliyev Nadir Abbasəli oğlu 2022-ci il dekabrın 6-də ömrünün 76-cı ilində vəfat etmişdir.
Nadir Abbasəli oğlu Əliyev Azәrbaycan Dövlәt Tibb İnstitutunu 1970-ci ildə bitirmiş, 1983-2012-ci illər ərzində Bakı şəhəri 3 saylı ruhi xәstәxananın baş hәkimi, 2 saylı vәrәm sanatoriyasının baş hәkimi, Bakı şəhəri psixonevroloji dispanserin baş hәkimi, Bakı şəhəri 2 saylı ruhi-әsәb xәstәxanasının baş hәkimi, Bakı şəhəri ruhi-әsәb xәstәliklәri dispanserinin baş hәkimi vәzifәlәrindә çalışmışdır. 2012-ci ildәn Ə.Əliyev adına Azәrbaycan Hәkimlәri Tәkmillәşdirmә İnstitutunun psixiatriya kafedrasında fәaliyyәt göstәrirdi.
N.A.Əliyev 1983-cü ildə Moskva şəhərində professor V.P.Serbski adına ümumi və məhkəmə psixiatriya Elmi Tədqiqat İnstitutunda “Сравнительная характеристика состояний нейромедиаторных систем при различных формах и типах течения шизофрении” mövzusunda tibb elmləri namizədliyi dissertasiyasını, 1989-cu ildə Moskva şəhərində SSRİ Səhiyyə Nazirliyinin Narkologiyanın Tibbi-bioloji Problemləri üzrə Ümumittifaq Elmi mərkəzində “Клиника, патогенез и терапия алкоголизма, сочетанного с туберкулезом легких” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Professor Nadir Abbasəli oğlu Əliyev 243 elmi əsərin, onlardan 3 dərs vəsaiti, 4 metodik tövsiyələr, 2 ixtiranın müəllifidir. O, 3 tibb elmləri namizədliyi və 1 tibb elmləri doktorluğu dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi olmuşdur.
Professor Nadir Abbasəli oğlu Əliyevin tibbi kadrlarının ixtisaslaşması və təkmilləşməsində, səmərəli elmi-tədqiqat işlərinin aparılmasında böyük xidmətləri olmuşdur. O, dəfələrlə müxtəlif ölkələrdə keçirilən qurultay, konqres və konfranslarda iştirak etmiş, əldə olunmuş yenilikləri müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq etmişdir.
Tanınmış alim, bacarıqlı səhiyyə təşkilatçısı və pedaqoq professor Nadir Abbasəli oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX