“Neft hasilatı və nəqli ilə əlaqədər Xəzər dənizinin ekologiyası“ mövzusunda seminar keçirilmişdir
28.11.2022
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun gigiyena kafedrasında 21.11.2022-25.11.2022 tarıxində “Neft hasilatı və nəqli ilə əlaqədər Xəzər dənizinin ekologiyası“ mövzusunda seminar keçirilmişdir.
Seminar zamanı dinləyicilər təqdimatlar dinləmiş və video çarxlara baxmışlar. Onların nəzərinə çatdırılmışdır ki, ətraf mühitin zəhərli texnogen tullantılarla çirklənməsi sırasında dənizlərin və okeanların neft və neft məhsulları ilə çirklənməsi problemi daha ciddi xarakter daşıyır. Bu baxımdan, Xəzər dənizi dünya okeanından izolyasiya olduğuna görə “xüsusi vəziyyətdədir” və təbii sərvətlərin çıxarılması, o cümlədən neft hasilatı, ilə məşğul olan istənilən müəssisə ətraf mühitin qayğısına qalmalıdır. Semanar zamanı bu aktual problemin həlli yolları araşdırılmış, bu istiqamətdə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilmişdir.
Seminar kafedra müdiri dosent M.T.Meybəliyevin rəhbərliyi ilə baş müəllim, t.ü.f.d. N.C.İsmayılova tərəfindən aparılmışdır.