Əməkdaşlarımız 43-cü Türk Ulusal Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi konqresində iştirak ediblər
23.11.2022
Ə.Əliyev adına ADHTİ otorinolarinqologiya kafedrasının əməkdaşları 16-20 noyabr 2022-ci il tarixləri arasında Antalya şəhərində keçirilən 43-cü Türk Ulusal Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi konqresində iştirak ediblər. Konqresin açılışında kafedranın dosenti, Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi cəmiyyətinin baş katibi Ramil Həşimli Türk dilli ölkələrin Otorinolarinqologiya cəmiyyətləri adından konqres iştirakçılarını salamlamış, Türk KBB BBC cəmiyyəti idarə heyəti və konqres sədarətinə konqresə dəvət və Türk dilli ölkələrin otorinolarinqoloqlarının təlim və təhsilində verdikləri əməyə görə minnətdarlığını bildirmişdir. Sonra o, 2-ci Qarabağ savaşında göstərdikləri maddi və mənəvi dəstəyə görə Türk KBB BBC cəmiyyətinə Azərbaycanlı həmkarlarının təşəkkürlərini çatdırmışdır. Konqres çox geniş elmi proqramla 5 gün ərzində davam etmişdir. İnstitutun otorinolarinqologiya kafedrasının müdiri, Azərbaycan Otorinolarinqologiya cəmiyyətinin sədri professor Nazim Hüseynov “Malign Paranazal Sinüs Tümörlerine Yaklaşım - Bəd xasəli paranazal sinus şişlərinə yanaşma” panelində sədr, dosent Ramil Həşimli isə “Bening Vokal Kord Lezyonlarına Yaklaşım - Xoş xassəli qırtlaq şişlərinə yanaşma” mövzulu paneldə məruzəçi kimi iştirak etməklə öz elmi və klinik təcrübələrini həmkarları ilə bölüşmüşlər.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.