“İnflammatory and functional bowel diseases” adlı onlayn konfrans keçilirilmişdir

20.11.2022

17-18 noyabr 2022-ci il tarixində Ukrayna Səhiyyə Nazirliyi, Ukrayna Qastroenteroloqları və Diyetoloqları Assosiasiyaları tərəfindən təşkil edilmiş “İnflammatory and functional bowel diseases” adlı konfrans onlayn formatda keçilirlmişdir. Artıq ənənəvi xarakteri daşıyan, hər il keçirilən və sayca VI Milli konfrans olan bu beynəlxalq tədbirdə dünyanın bir çox tanınmış qastroenteroloqlar ilə yanaşı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva da iştirak etmişdir. O, təşkilat komitəsinin üzvü olmaqla yanaşı “Eosinophilic inflammation is an underestimated factor affecting the course of inflammatory bowel diseases” adlı məruzə ilə cıxış etmişdir. Məruzədə xoralı kolit, Kron xəstələrində bazis terapiyasına “cavab olunmamağın” səbəblərindən birinin məhz eozinofil iltihabının mövcudluğu və bu iltihabın iltihabi bağırsaq xəstəliyi olan pasiyentlərdə diaqnozun verifikasiyası, xəstəliyin aktivliyinin qiymətləndirilməsinə təsiri və konservativ terapiyanın monitorinqində istifadə üçün yeni laborator markerın yeri və rolu haqqında dinləyicilərə məlumat verilmişdir. Çıxış maraqla qarşılanmış, sonda verilən suallara ətraflı cavablar verilmişdir.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX