“Təlimçilər üçün təlim” adlı növbəti kurs keçirildi

31.10.2022

Azərbaycanda 2021-ci ildən başlayaraq ÜST Azərbaycan nümayəndəliyi tərəfindən tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdirilması və yerli mütəxəssislərinin bilik və bacarıqlarinın yenilənməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam edir. Həmin tədbirlər çərçivəsində 20.10.2022-28.10.2022-ci il tarixində Ə.Əliyev adına ADHTİ-də kafedraların əməkdaşları üçün “Təlimçilər üçün təlim” adlı növbəti kurs təşkil olunmuşdur.
Təlimin açılışında iştirak edən ÜST Azərbaycan Nümayəndəliyinin beynəlxalq eksperti professor İbrahim Durak kursun xüsusi proqram çərçivəsində həyata keçirilməsi üçün Türkiyə və yerli mütəxəssislərin cəlb olunmasını qeyd etmiş, gələcəkdə institutun tədris fəaliyyətinə böyük xeyir verəcəyini səsləndirmişdir.
Türkiyə mütəxəssisləri ilə yanaşı tədbirə institutumuzun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, klinik laborator diaqnostika kafedrasının assistenti Fidan Axundova və oftalmologiya kafedrasının assistenti Pərvin Ocak təlimçi kimi cəlb olunmuşlar. Təlimdə pediatriya, terapiya, əczaçılıq, nevrologiya və klinik neyrofiziologiya, səhiyyənin təşkili və menecmenti, mamalıq və ginekologiya,şüa diaqnostikası, stomatologiya və üz-çənə cərrahiyyəsi, otorinolorinqologiya, mikrobiologiya və epidemiologiya kafedralarının əməkdaşları iştirak etmişlər.
Keçirilən təlimdə iştirakçılara tibbi tədris prosesində istifadə edilən üsul və yanaşmalar, tədris planlarının hazırlanması və istifadə edilən vəsaitlər barədə geniş məlumatlar təqdim edilmişdir. Bununla yanaşı iştirakçılar təlim mövzularına dair əldə etdikləri bilik və bacarıqları praktiki məşğələlər vasitəsilə nümayiş etdirmişlər.
Təlimin son iki günü iştirakçıların öz tədris planlarının hazırlanmasına həsr edilmişdir. Hər bir iştirakçının, təqdim etdiyi plana uyğun həyata keçirdiyi tədrisin 15 dəqiqəlik videoçəkilişi təşkil edilmişdir. Kursun son günündə bu videoçəkilişlərə həm təlimatçılar, həm də iştirakçılar baxaraq qiymətləndirmişlər.
Təlimin bağlanış hissəsində Ə.Əliyev adına ADHTİ-nun prorektoru Təyyar Eyvazov çıxış edərək ölkədə tibbi xidmətlərin yaxşılaşmasına və tibb tədrisin yeniləşməsinə olan tələblərə əsasən bu təlimin institutun tədris prossesinin yenilənməsinə kömək edəcəyini xüsusi vurğulamışdır.
Sonda iştirakçılar təlimdə əldə edilən bilik və bacarıqlarını öz fəaliyyətlərində istifadə edəcəklərini səsləndirdilər. Axırda təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim olundu.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX