Professor, əməkdar elm xadimi Seyidbəyov Oktay Sadıx oğlu, 1940-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1959-cu ildə 1 saylı orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına ATİ-nun stomatologiya fakültəsində daxil olmuş, 1964-cü ildə institutu bitirdikdən sonra Semaşko adına Şəhər Klinik xəstəxanasənda ordinator, 1956-cı ildə Sankt-Pterburq Hərbi-Tibbi Akademiyasında və 1966-1977-ci illərdə Moskva şəhəri Mərkəzi Elmi-Tədqiqat Stomatologiya İnstitutunda kliniki ordinator kimi çalışmışdır.
1971-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda stomatologiya kafedrasında assistent, dosent, cərrahi stomatologiya kursunun müdiri, 1989-cu ildən hazıradək sromatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsində işləmişdir. 1995-1999-cu illərdə ADHTİ-nin tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.
1970-ci ildə «Новреждение верхнечелюстных пазух при переломах костей средней зонылица» mövzusu üzrə tibb elmləri namizədliyi, 1991-ci ildə «Функциональное состояние шитовидной, парашитовидной, поджелудочных желез и коры надпочечников приострых воспалительных заболеваниях челюстно лицевой области» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Professor O.S.Seyidbəyovun bütün həkimlik fəaliyyəti tibbi elminin son nəaliyyətindən, təcrübəsindən və texnikasından istifadə etməklə cərrahi stomatologiyanın inkişaf etməklə bağlıdır. 1973-cü ildə onun təşəbbüsü ilə Bakı şəhərində akademik Mir–Qasımov adına RKX-da üz-çənə cərrahiyyəsi şöbəsi yaradılmışdır.
1970-ci ildə əməkdar həkim, 1993-cü ildə professor, 2000-ci ildə Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür.
1999-cu ildən 2004-cü ilədək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının üzvü, 2010-cu ildən isə sədr müavini və 2016-cı ildən indiyə kimi Beynəlxalq Ekoenerji Akademiyasının bio- təbabət sahəsi üzrə həqiqi üzvü olmuşdur.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi şurasının sədri olmuşdur.
O.S.Seyidbəyovun geniş elmi tədqiqatları üz-çənə nahiyyəsi xəstələrinin klinikasına, diaqnostikasına, müalicəsinə bərpaedici plastik cərrahiyyəyə, əsas stomatoloji xəstəliklərin profilaktikasına, stomatologiyanın təşkilinə və s. həsr edilmişdir. Bu tədqiqatlar orijinallığı və qoyulan məsələlərin yeniliyi ilə fərqlənir.
Çap edilmiş 315 elmi işin müəllifidir, onların arasında 13 monoqrafiya, 15 səmərələşdirici təklif, 17 metodik tövsiyə, 10 dərs vəsaiti var. Onun rəhbərliyi altında 21 tibb elmləri üzrə fəlsəfə doktoru, 4 tibb elmləri doktoru dissertasiyası müdafiə olunub. Professor Əməkdar elm xadimi Seyidbəyov Oktay Sadıx oğlunun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə qalacaqdır.
Allah rəhmət etsin!