Əməkdaşımız UEG WEEK 2022 konqresində iştirak etmişdir

13.10.2022

8-11 oktyabr 2022-ci il tarixində Avstriyanın Vyana şəhərində 30-cu United European Gastroenterology (UEG) Week 2022 konqresi keçirilmişdir. Bu konqres Avropa qastroenterolgiya cəmiyyətinin rəsmi tədbiri olduğuna baxmayaraq artıq uzun illərdir ki, bütün dunya qastroenteroloqlarının əsas elmi toplantısına çevrilmişdir. Bu ilki konqresdə ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva 2 elmi-tədqiqat işinin nəticələri ilə təmsil etmişdir. “İssues of herpesvirus lesions in patients with Helicobacter Pylori” adlı elmi-tədqiqat işinin ilkin nəticələrinin təqdimatı 9 oktyabr 2022-ci il tarixində kecirilmişdir. Elmi müzakirə panelinin sədri professor Francis Megraud “Management of Helicobacter pylori infection: the Maastricht I-VI” konsensuslarının həmmüəlifidir və Gülüstan Babayevanın təqdim etdiyi məlumat onda və elmi komitənin diqər üzvlərində böyük maraq doğurmuşdur.
Diqər elmi-tədqiqat işinin nəticəsi (“Influence of celiac disease on the course of inflammatory bowel disease”) 10 oktyabr 2022-ci ildə təqdim edilmiş və müzakirə olunmuşdur.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX