“Diabeti olan uşaqlara ən yaxşı qayğı” layihəsi çərçivəsində əməkdaşlıq nümunəsi

08.10.2022

Azərbaycan Diabet Cəmiyyəti ilə Heydər Əliyev Fondu 2004-cü ildən əməkdaşlıq edir. Bu müddət ərzində bir neçə müvəffəqiyyətli layihələr həyata keçirilmişdir. “Diabeti olan uşaqlara ən yaxşı qayğı” layihəsi belə layihələrdəndir. Layihənin məqsədi şəkərli diabet tip 1 diaqnozlu uşaq və yeniyetmələrin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Həmin layihə çərçivəsində 14 yaşına qədər şəkərli diabet 1diaqnozu olan bütün uşaqlar şpris-qələmlərlə təmin edilmişdir. Layihənin növbəti mərhələsi Respublika üzrə bütün şəkərli diabet tip 1 diaqnozlu uşaqları ən müasir insulinlə təmin etməkdən ibarət olmuşdur. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri t.e.d. Valeh Mirzəzadənin rəhbərliyi altında kafedranın doktorantları Ramilə Hüseynova və Sevil Mustafayevanın da iştirak etdiyi qrupun fəaliyyəti ilə həyata keçirilən bu layihə də uğurla və gözəl nəticələrlə başa çatmışdır. Azərbaycanda qeydiyyatda olan 1600 şəkərli diabet tip 1 diaqnozlu uşaq və yeniyetmədən artıq 1500-dən çoxu uzuntəsirli müasir insulinlə (deqludek) ilə təmin edilmişdir. Proqramın yekunu haqqında Beynəlxalq Diabet Federasiyasının “Diabetes Voice” jurnalının 2022-ci il oktyabr sayında da məlumat verilmişdir.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX