Diş əti xəstəlikləri və ürək-damar xəstəliklərinin bir-biri ilə əlaqəli olduğuna dair və diş əti xəstəlikləri olan insanlarda kəskin miokard infarktı, ürək çatışmazlığı və insult riskinin artması ilə əlaqədar elmi sübutlar mövcuddur. Diş əti xəstəlikləri ürək-damar xəstəliklərinin müxtəlif formaları və ölüm halları ilə əlaqələndirilir və bu növ xəstəliklər üçün qarşısı alınan bir risk amili kimi qəbul olunur. Tütün məhsullarının istifadəsi, stress, piylənmə, şəkərli diabet və qeyri-sağlam qidalanma kimi ümumi həyat tərzi amilləri diş əti xəstəlikləri və ürək-damar xəstəliklərinin ağırlaşdırıcı səbəblərindəndir.
Ürək-damar xəstəliklərinin və parodontitin ağız boşluğu sağlamlığı və tibb mütəxəssisləri tərəfindən erkən diaqnostikası, profilaktikası və birgə müalicəsi böyük əhəmiyyət kəsb edir. Ürək-damar xəstəlikləri olan insanlar mütəmadi olaraq ağız boşluğu müayinəsindən keçməlidirlər. Ürək-damar xəstəlikləri olan insanlarda diş əti müalicəsinin aparılması və ağız boşluğu gigiyenasına riayət olunması kimi vərdişlər kəskin ürək-damar xəstəlikləri hallarının azalmasına yardım edə bilər.
Perio&Cardio" maarifləndirmə kampaniyası Avropa Parodontologiya Federasiyası (EFP) və Dünya Ürək Federasiyasının (WHF) birqə təşkilatçılığı ilə keçirilən Perio-Cardio qurultayında diş əti xəstəlikləri və ürək-damar xəstəlikləri arasındaki əhəmiyyətli əlaqənin varlığının konsensus hesabatından ibarətdir.
Avropa Parodontologiya Federasiyasının(EFP) "Perio&Cardio" maarifləndirmə kampaniyasının məqsədi Federasiyaya üzv olan ölkələrin Milli Parodontologiya Cəmiyyətləri tərəfindən həmin ölkələrdə diş əti xəstəlikləri və ürək-damar xəstəlikləri arasında vacib əlaqənin varlığını və bu xəstəliklərə qarşı birlikdə necə mübarizə aparılması, bu xəstəlikləri olan insanlarda ağız boşluğu sağlamlığınının təmin olunması, xəstəliklərin erkən diaqnostikası, profilaktikası və birgə müalicəsi əhəmiyyətini ən son elmi sübutlara əsaslanan maarifləndirmə rəhbərlikləri və video animasiyası vasitəsi ilə ağız boşluğu sağlamlığı və digər tibb mütəxəssisləri, əçzaçılar, xəstələr və ictimaiyyətdə məlumatlılığının təşviq olunmasıdır.
"Diş əti xəstəlikləri və ürək-damar xəstəlikləri" maarifləndirmə rəhbərlikləri Azərbaycan Parodontologiya Cəmiyyətinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli; həmin cəmiyyətin vitse-prezidenti və layihələr koordinatoru Hənifə Musayeva və Azərbaycan Ürək-Damar Cərrahiyəsi Cəmiyyətinin sədri Kamran Musayev tərəfindən Azərbaycan dilində tərtib edilmişdir.
Ətraflı:
https://www.perio.az/periokardio