Rezidenturaya qəbul olmaq istəyən əcnəbi vətəndaşların nəzərinə 19.09.2022
2022/2023-cü tədris ilində Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmaq istəyən əcnəbi vətəndaşlar 25.09.2022-ci il tarixinə qədər aşağıda qeyd olunan sənədləri həftə içi saat 10:00-13:00 aralığında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentura şöbəsinə təqdim edə bilərlər:
1
|
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun rektorunun adına ərizə
|
2
|
Ali tibb təhsili haqqında diplom və sürəti
|
3
|
Ali tibb təhsili haqqında diplomun nostrifikasiyası (xarici
ölkə unversitetlərinin məzunu olduğu halda)
|
4
|
Ümumvətəndaş pasportu
|
5
|
Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi
vəsiqəsinin surəti (olduğu halda)
|
6
|
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən
Azərbaycan Respublikası vətəndaşı və ya vətəndaşlığa
mənsubiyyəti olmaması haqqında arayışın əsli.
|
7
|
Sağlamlıq haqqında arayış (Hepatit B və C, QİÇS, COVİD –19)
|
8
|
CV
|
9
|
Nigah haqqında şəhadətnamənin surəti (mövcud olduğu halda)
|
10
|
Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (mövcud
olduğu halda)
|
11
|
Əmək kitabçası (mövcud olduğu halda)
|
12
|
3x4 fotoşəkil.
|
Rezidentura şöbəsi: (012) 565-04-20
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|