Əməkdaşımız Qazaxıstanda iltihabi bağırsaq xəstəliklərinə həsr edilmiş VI Milli forumda iştirak etmişdir

23.05.2022

18-20 may 2022 il tarixlərində Qazaxıstanın Almatı şəhərində iltihabi bağırsaq xəstəliklərinə həsr edilmiş VI Milli forum kecirilmişdir. Bu tədbirdə ölkəmizi Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının dosenti Gülüstan Babayeva təmsil etmişdir.
3 gün ərzində kecirilən forumun birinci günündə iltihabi bağırsaq xəstəliyi olan pasiyentlərdə neoplaziyalar/displaziyalar yarandığı dövrdə “yol xəritəsi”nin təşkili, orta tibb personalının xüsusi hazırlığı ilə bağlı cıxışlar və geniş müzakirələr; diqər günlərdə isə iltihabi bağırsaq xəstəliyinin yeni diaqnostika və müalicə prinsipləri, multidistiplinar yanaşma və ekstaintestinal problemlər ilə əlaqali Azərbaycan, Almaniya, İtaliya, İsvec, Cənubi Koreya, Rusiya və Qazaxıstan alimlərinin tədqiqatlarının nəticələri dinlənilmişdir. Gülüstan Babayeva “Step up or step down” panelində moderator olmuş və “Месалазины: долгосрочные перспективы-поддержание ремиссии и профилактика колоректального рака” adlı məruzə ilə cıxış etmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX