Əməkdaşımız beynəlxalq universitetlərin akreditasiyasında iştirak etmişdir

06.05.2022

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ümumi və plastik cərrahiyyə kafedrasının dosenti İlahə Əkbərova Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR - Independent Agency For Accreditation and Ratıng) dəvəti ilə növbəti dəfə beynəlxalq universitetlərin akreditasiyasında iştirak etmişdir. Əməkdaşımız 04.05.-06.05.2022-ci il tarixində Qazaxstan Respublikası Şimkənd şəhərində yerləşən Cənubi Qazaxstan Tibb Akademiyasının uşaq cərrahiyyəsi rezidentura proqramının qiymətləndirmə komissiyasında yer tutmuşdır. Qeyd etmək lazımdır ki, dosent İlahə Əkbərova Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin ekspertidir, Azərbaycanı təmsil edir və artıq bir neçə beynəlxalq universitetlərin akreditasiyasında iştirak etmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX