Ölkəmiz Avropa Parodontologiya Federasiyasına tam hüquqlu üzv seçilmişdir

01.04.2022

26 Mart 2022-ci il tarixində Viyana şəhərində Avropa Parodontologiya Federasiyasına (EFP) üzv olan 37 ölkənin iştirakı ilə keçirilən Federasiyanın Baş Assambleyasında Azərbaycan Parodontologiya Cəmiyyəti Təşkilatın tam hüquqlu üzvü seçilmişdir. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Cavid Əhmədbəyli tərəfindən təmsil olunmuşdu.
Avropa Parodontologya Federasiyası tibbin parodontologiya sahəsi üzrə elmi və diş əti sağlamlığının əhəmiyyətini təbliğ edən, əsas şuarı “daha yaxşı həyat üçün sağlam diş əti” olan nüfuzlu beynəlxalq təşkilatıdır. 1991-ci ildə təsis edilən Federasiya 16 000-ə yaxın ağız boşluğu sağlamlığı mütəxəssislərinin və alimlərinin üzv olduğu 37 milli parodontologiya cəmiyyətini özündə cəmləşdirir. Federasiya maarifləndirməni elmi sübutlara əsaslanmış və ictimai maraq kəsb edən mövzularda həkimləri və ictimaiyyətin müxtəlif təbəqələrini əhatə edən tədbirlər və kampaniyalar vasitəsilə həyata keçirir. Kliniki və elmi parodontologiyanın inkişafı EuroPerio beynəlxalq parodontologiya konqresi; “Journal of Clinical Periodontology” elmi jurnalı; nüfuzlu universitetlərdə parodontologiya ixtissası üzrə akkreditə olunmuş rezidentura proqramı; ictimaiyyət arasında diş əti sağlamlığının təbliğatı üçün 12 May Diş əti Sağlamlığı Günü maarifləndirmə tədbiri kimi fəaliyyyətlər Avropa Parodontologiya Federasiyası və ona daxil olan milli parodontologiya cəmiyyətləri tərəfindən həyata keçirilir.
Azərbaycan Parodontologiya Cəmiyyəti 2017-ci ildə İspanyanın Santiago De Compostela şəhərində keçirilən Avropa Parodontologiya Federasiyasının Baş Assambleyasında Federasiyanın assosiativ üzvü seçilmiş idi.Avropa Parodontologiya Federasiyasının nizamnaməsinə əsasən tam hüquqlu üzvlük müraciətini yalnız Ümumdünya Səhiyyə Təşkilatına görə Avropa ölkəsi olan və Federasiyada 5 illik assosiativ üzvlük müddətini uğurla tamamlayan ölkələr edə bilir. Azərbaycan Parodontologiya Cəmiyyətinin assosiativ üzvlük dövründəki fəaliyyəti və son 5 il ərzində ölkəmizdə parodontologiya sahəsində əldə olunan mühüm dəyişiklikləri nəzərə alan Avropa Parodontologiya Federasiyası Cəmiyyətimiz tərəfindən Federasiyasının İcraiyyə Komitəsinə ünvanlanmış tam üzvlük müraciətini müsbət qarşılamış və Viyana şəhərində keçirilən Baş Assambleyanın gündəliyinə daxil etmişdir.
Baş Assambleyada iştirak edən ölkələrə dosent Cavid Əhmədbəyli tərəfindən Azərbaycan Parodontologiya Cəmiyyətinin son illərdəki fəaliyyəti və əldə olunan nailiyyətləri; parodontologiya ixtisasının və ali təhsil qurumlarında parodontologiya ixtisası üzrə yeni rezidentura programının dövlət tərəfindən təsdiq olunması; davamlı tibbi təhsildə parodontologiya üzrə tədrisin; ağız boşluğu sağlamlığı mütəxəssislərinin sertifikasiyasının müasir tələblərlə uyğun yenilənməsi, həmçinin parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı;maarifləndirmə kampaniyaları (Perio&Caries, Perio&Diabet, Perio&Cardio, Oral Health & Pregnancy) nəşrlərinin Azərbaycan dilində tərtib edilməsi; Cəmiyyətin təklifləri və gələcək fəaliyyəti haqqında ətraflı hesabat təqdim olunmuşdur. Federasiyanın tam hüquqlu üzvü seçilən ölkəmizə bu haqda rəsmi şəhadətnamə də təqdim olunmuştur. Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında Avropa Parodontologiya Federasiyasının sıralarına tam hüquqlu üzv olaraq qoşulan ilk ölkə olmuşdur.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX