28 fevral 2022-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
1. Kafedralarda pedaqoji yükün yerinə yetirilməsinin təhlili və nizam-intizamın yoxlanılmasının nəticələri haqqında.
Məruzəçilər: dosent Z.M.Quliyeva
dosent S.Z.Əliyev
dosent K.M.Kərimova
2. Tədris və tədris-metodik sənədlərin müzakirəsi və təstiq olunması.
I məsələ üzrə terapiya fakültəsinin dekanı dosent Zemfira Quliyeva, cərrahiyyə fakültəsinin dekanı dosent Səid Əliyev, tibbi-profilaktika fakültəsinin dekanı dosent Könül Kərimova çıxış edərək bildirdilər ki, bir neçə kafedra istisna edilməklə ümumilikdə fakültələr üzrə tədris yükünün yerinə yetirilməsi planı tam yerinə yetirilmişdir. Tədris yükü 100%-dən çox yerinə yetirilmiş kafedraların hesabına fakültələrdə həmin yük 100%-dən çox alınmışdır. Kəsirli yükləri olan kafedralarla iş aparılmış və planı yerinə yetirməyin yolları araşdırılmışdır.
Gələcəkdə də bu məsələ ciddi nəzarət altında saxlanılacaqdır. Dekanlar eyni zamanda nizam-intizamın yoxlanılması məqsədilə kafedralarda aparılmış reydlərin nəticələri haqqında məlumat vermis, üzə cıxarılan mənfi hallar haqqında Elmi şura üzvlərini məlumatlandırmışlar. Qeyd edilmişdir ki, hər bir hal ciddi araşdırılmış və nəticələr çıxarılmış, nizam-intizamı pozan əməkdaşlar haqqında intizam tənbehi qərarları verilmişdir.
Bu məsələ ilə əlaqədar institutun rektoru professor Nazim Qasımov çıxış edərək nizam-intizam məsələlərinin daim rəhbərliyin nəzarətində olduğunu bildirdi və gələcəkdə də bu istiqamətdə işlərin aparılmasının vacibliyi haqqında danışdı.
II məsələ üzrə təqdim olunmuş tədris və tədris-metodik sənədlər müzakirə olunduqdan sonra təsdiq edildilər.
Sonda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.