Ə.Əliyev adına ADHTİ Ümumdünya Səhiyyə Təşkilatının Təşəkkürnaməsi ilə təltif edilmişdir

16.02.2022

Məlum olduğu kimi Ümumdünya Səhiyyə Təşkilatı Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda bir neçə aydır “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVİD-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələrini həyata keçirir. Ə.Əliyev adına ADHTİ bu layihələrin aparılmasında yaxından iştirak etmişdir. Beləki, institutun bazasında və əməkdaşlarının birbaşa iştirakı ilə bir çox təlimlər aparılmış, layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi baş tutmuşdur.
İnstitutun fəalyyəti Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən qiymətləndirilmiş və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu həyata keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVİD-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri üzrə davamlı tibbi təhsil fəaliyyətlərinə dəstəyə görə Təşəkkürnamə ilə təltif edilmişdir.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX