Ümumdunya Diabet Gününə həsr olunmuş konqreslər keçirildi

22.12.2022

Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası və Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 19-20 dekabr 2022-ci ildə Ümumdunya Diabet gününə həsr olunmuş 1-ci Azərbaycan Endokrinologiya və Metabolizm Konqresi və 5-ci Azərbaycan Diabet Konqresi keçirildi. Açılışda ön sözlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, t.e.d. Valeh Mirzəzadə çıxış etdi. Daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Babək Saleh son yeniliklərlə bağlı ətraflı məlumat verdi.
Konqresdə dosent Ziba-Bəyim Əhmədovanın sədrlik etdiyi paneldə terapiya kafedrasının əməkdaşları professor Natəvan Fərəcova, “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi və şəkərli diabet tip2 komorbidliyi”, dosent Samir Mehdiyev “Metformin vəə ürək-damar təhlükəsizliyi”, dosent Sədaqət Sultanova “Hiperurikemiya, şəkərli diabet və prediabet”, dosent Natəvan İsmayılova “Bəzi endokrin xəstəliklər zamanı qulaqcıq fibrilyasiyası”, baş laborantlar A.Əliyeva və S.İsmayılova “Şəkərli diabet və prediabetin skrininqi və diaqnostikası” mövzusunda məruzələrlə çıxış etdilər.Məruzəçilərə çoxsaylı suallar verildi və çıxışlar ətrafında müzakirələr oldu.
Konqresdə ölkəmizdə fəaliyyət göstərən terapevt, kardioloq və endokrinoloqlar iştirak etdilər.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX