Otorinolarinqologiya kafedrası “Səs xəstəliklərinin müasir müayinə üsulları” mövzusunda treninq keçirmişdir

21.12.2022

21 dekabr 2022-ci il tarixində Ə.Əliyev adına Azәrbaycan Dövlət Hәkimlәri Tәkmillәşdirmә İnstitutunun kliniki bazası olan “LOR Hospital” klinikasının təlim mərkəzində otorinolarinqologiya kafedrası tərəfindən “Səs xəstəliklərinin müasir müayinə üsulları” mövzulu treninq keçirilmişdir. Kafedranın tədris hissə müdiri dosent Akif Əfəndiyevin giriş nitqindən sonra dosent Ramil Həşimli insan səsinin fiziologiyası və müayinə üsulları haqqında məlumatları əhatə edən ətraflı mühazirə ilə çıxış etmişdir. Məruzənin giriş hissəsində qırtlağın anatomiyası, normal fiziologiyası, funksiyaları haqda geniş məlumat verildikdən sonra səs xəstəliklərinin müayinəsi A-dan Z-yə ələ alınmış, anamnezdə diqqət ediləcək məsələlər, müayinə alqoritmi, müasir müayinə üsullarından olan endoskopik müayinə, larinqostroboskopiya, yüksək tezlikli videoqeydiyyat və s. üsullar haqda ətraflı m’lumat verilmişdir.Məruzə səs problemlərinə aid klinik halların müzakirəsi ilə davam etdirilmiş, ayrı-ayrı xəstəliklərin diaqnostikasında nəzərdə tutulmalı olan əsas məqamlar həkim-dinləyicilərin nəzərinə çatdırılmışdır.
Treninq iştirakçılar tərəfindən maraqla qarşılanmış, iştirak edən müdavimlər və rezidentlər aktiv olaraq müzakirələrdə iştirak etmiş və sonda bu cür treninqlərin davamlı keçirilməsini rica etmişlər.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX