Ümumdünya Səhiyyə Təşkilatının “İnfeksiyaların Profilaktikası və Nəzarəti” üzrə seminarı keçirilmişdir

17.03.2021

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə geniş tədbirlər planı həyata keçirilir. Bu tədbirlərdən biri olan Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində 10-11 mart 2021-ci il tarixində “İnfeksiyaların Profilaktikası və Nəzarət” üzrə seminarı keçirilmişdir.
Seminarda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mikrobiologiya və epidemiologiya kafedrasının müdiri dosent Nigar Mütəlibova iştirak etmiş və institutun əməkdaşlarının COVİD-19 infeksiyasına qarşı mübarizədə iştirakı haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, 2020-ci ilin mart ayının 14-dən aprelin 20-nə kimi mikrobiologiya və epidemiologiya kafedrasında 913 nəfər tibb işçisi (384 həkim, 529 tibb bacısı) üçün “Koronavirus infeksiyasına qarşı əksepidemik tədbirlər” mövzusunda treninqlər keçirilmişdir. Həmin təlimlərdə Ədliyyə Nazirliyinin Tibb Xidmətinin işçiləri, Gömrük hospitalının personalı da iştirak etmişdilər.
2020-ci ilin aprel ayında terapiya, ailə təbabəti, yoluxucu xəstəliklər kafedrasının əməkdaşları tərəfindən 820 həkim və 510 orta tibb işçisi “COVİD-19 infeksiyasının müalicəsi” mövzusunda təlimlər keçirilmişdir. Həmin vaxtda Ə.Əliyev adına ADHTİ-nun rezidentləri üçün də azsaylı qruplar şəklində təlimlərin keçirilməsi baş tutmuşdur. 2020-ci ilin iyunun 25-dən 30-na kimi Bakının 79 poliklinikasından 2100 həkim və orta tibb işçisinə COVİD-19 infeksiyasına qarşı əks-epidemik tədbirlər, xəstələrə evdə qulluq haqqında onlayn təlimlər təşkil edilmişdir.
21 iyul 2020-ci ildə Azərbaycanda PROACT-COVİD-19 layihəsi başlanmışdır. Bu layihə çərçivəsində Ə.Əliyev adına ADHTİ-nin yoluxucu xəstəliklər, mikrobiologiya və epidemiologiya, pediatriya, ailə təbabəti, terapiya, anesteziologiya və reanimatologiya kafedralarının əməkdaşları treninq aparan mütəxəssislər üçün treninqlərdə hazırlıq keçmiş və hal-hazırda özləri bu layihəni davam etdirirlər.
2020-ci ilin sentyabr ayından ÜST və UNİCEF dəstəyi və Türkiyənin Ege Universitetinin mütəxəssislərinin iştirakı ilə Azərbaycanda qlobal epidemiyaya hazırlaşmaq üçün şəhər və rayon səviyyəsində sağlamlıq sisteminin gücləndirilməsi üçün təlim proqramına start verilmişdir və hal-hazırda da davam edir.
2020-ci ilin dekabrından səhiyyə sisteminin bütün səviyyələrində COVİD-19 cavab tədbirlərinin potensialının artırılması məqsədi ilə milli səhiyyə təlimçilərinin hazırlanması proqramına başlanmışdır. Layihə Bakı və Azərbaycanın 10 bölgəsində həyata keçirilməsi nəzərdə tutulubdur. 2021-ci ilin yanvarın 14-dən 22-nə kimi COVİD-19 infeksiyasına qarşı vaksinasiya ilə bağlı onlayn təlimlər keçirilmişdir. Bu təlimlərdə 500 həkim və orta tibb işçisinə soyuq zəncirin təşkili və ona nəzarət, vaksinasiya məntəqələrinə qoyulan tələblər, peyvəndin əlavə təsiri və əks-göstərişləri, peyvəndlə əlaqəli ola bilən təcili hallarda tibbi yardımın göstərilməsi, şokəleyhinə tədbirlər haqqında məlumatlar verilmişdir.
Bundan əlavə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mikrobiologiya və epidemiologiya, yoluxucu xəstəliklər, terapiya, ailə təbabəti, anesteziologiya və reanimatologiya, oftalmologiya, stomatologiya və üz-çənə cərrahiyyəsi, otorinolarinqologiya, mamalıq və ginekologiya, pediatriya kafedralarının kurslarında COVİD-19 infeksiyasına qarşı əksepidemik tədbirlər, koronavirus infeksiyasının diaqnostikası, COVİD-19 pandemiyası şəraitində təcili yardımın xüsusiyyətləri və biotəhlükəsizliyi mövzularında mühazirə və seminarların aparılması təşkil edilmişdir və hal-hazırda da davam edir.
Eyni zamanda institutun mamalıq və ginekologiya, travmatologiya və ortopediya, pediatriya, otorinolarinqologiya, kardiologiya,terapiya, ailə təbabəti, uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi və neyrocərrahiyyə kursları ilə ümumi cərrahiyyə, anesteziologiya və reanimatologiya və ftiziatriya kafedralarının əməkdaşları öz bazalarında gündəlik iş rejimində və növbələr zamanı yeni koronavirus infeksiyasına şübhəli xəstələrin qəbulu, diaqnostikası və müalicəsi işinə cəlb olunmuşlar. Həmin kafedraların və yoluxucu xəstəliklər kafedrasının professor-müəllim heyətindən, həkim və rezidentlərindən ibarət müalicə qrupları təşkil olunmuşdur.
Bunlarla yanaşı terapiya, anesteziologiya və reanimatologiya, uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə ümumi cərrahiyyə, mamalıq və ginekologiya, stomatologiya və üz-çənə cərrahiyyəsi, otorinolarinqologiya, oftalmologiya kafedralarında müvafiq ixtisaslar üzrə yeni koronavirus (COVİD-19) pandemiyası şəraitində təcili tibbi yardımın xüsusiyyətləri və biotəhlükəsizlik mövzularında rəhbərliklər tərtib edilmiş və həkimlərə təqdim olunmuşdur.
ÜST ekspertləri tərəfindən hazırlanmış COVİD-19 infeksiyası zamanı infeksiyalara nəzarət və profilaktikaya aid geniş sorğuda tibb işçilərinin infeksion nəzarət haqqında biliklərinin artırılması məsələləri ilə bağlı suallara cavab verilmişdir. Suallar COVİD-19 infeksiyası zamanı infeksiyalara nəzarət və profilaktika mövzusunun həkimlərə və orta tibb personalına davamlı tibbi təhsil çərçivəsində əyani və distant şəkildə aparılması haqqında, milli tədris proqramında həmin mövzuların mövcudluğu, tədrisin effektivliyinin monitorinq sistemi, simulyasion texnologiyaların, multimodal strategiyaların tətbiqi və s. mövzuları əhatə edirdi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX