Ə.Əliyev adına ADHTİ-da «Tibbi kosmetologiya» ixtisası üzrə kurs davam edir

10.11.2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Rusiya Diplomdansonrakı Tibb Akademiyası ilə birgə Respublika Diaqnostika Mərkəzinin bazasında Azərbaycanda ilk dəfə olaraq keçirdikləri «Tibbi kosmetologiya» ixtisası üzrə 6 aylıq yenidən hazırlıq kursu müvəffəqiyyətlə davam edir. Kursun məqsədi «Tibbi kosmetologiya» ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik, bacarıq və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunmasıdır. Kurs müddətində qeyri-invaziv və invaziv, həmçinin apparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması, dırnaq lövhələrinin işlənilməsi prosedurunun yerinə yetirilməsi, destruksiyaların aparılması (elektro-lazer, radiodalğalı koaqulyasiya, kriodestruksiya) və dəridə yenitörəmələrin mexaniki götürülməsi bacarığı həm nəzəri, həm də praktik məşğələlərdə öyrədilir.
Kursu müvəffəqiyyətlə bitirmiş şəxslərə ilk dəfə olaraq ixtisasa buraxılışı təsdiqləyən müvafiq dövlət sənədi təqdim olunacaqdır.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX