Belarusiya Diplomdansonrakı Təhsil Akademiyasının 90 illik yubiley tədbirləri keçirilmişdir

11.10.2021

Bu il Belarusiya Diplomdansonrakı Təhsil Akademiyasının 90 yaşı tamam olur. Belarus DSTA həkimlərin və səhiyyə təşkili mütəxəssislərinin fasiləsiz ixtisasartırmasını və yenidən hazırlanmasını həyata keçirən unikal təhsil və elmi mərkəzdir.Hər il bu müəssisə tərəfindən təxminən 17 min mütəxəssisin hazırlanması və təhsili həyata keçirilir.Akademiyada 300-dən yuxarı professor-müəllim heyəti çalışır ki, onların da 4 nəfəri Belarus EA-nın həqiqi və ya müxbir üzvləri,81 nəfəri tibb elmləri doktoru və 226 nəfəri tibb elmləri namizədləridir.Bu ali tibb təhsili müəssisəsi ilə Ə.Əliyev adına ADHTİ arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində memorandum imzalanmış və artıq neçə ildir ki, bu əməkdaşlıq intensiv şəkildə və müxtəlif istiqamətlərdə davam edir.
7-8 oktyabr 2021-ci ildə Belarusiya Diplomdansonrakı Təhsil Akademiyasının 90 illiyinə həsr olunmuş "21-ci əsrin mənşəyindən 21-ci əsrin nailiyyətlərinə qədər" beynəlxalq iştirakı ilə respublika elmi-praktik konfransı keçirilmişdir.
Konfrans iştirakçıları Belarusiyada praktiki sağlamlığın əsas inkişaf istiqamətlərində Belarusiya Diplomdansonrakı Təhsil Akademiyasının əldə etdiyi nailiyyətləri və perspektivlərini müzakirə etdilər.Konfransda təkcə Belarus Respublikasından deyil, Rusiya Federasiyasından və Azərbaycandan da tanınmış yüksək ixtisaslı tibb mütəxəssisləri çıxış etdilər.
Tədbirdə çıxış edən Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov diqqətə çatdırmışdır ki, Belarus Respublikası ilə Azərbaycanı sıx dostluq əlaqələri bağlayır.Bu əlaqələr bir çox sahələrdə getdikcə dərinləşir və möhkəmlənir.Axır illər tibb sahəsində də bir çox nailiyyətlər əldə edilmişdir. Rektor qeyd etdi ki, institutumuz ilə Belarus DSTA arasinda bağlanmış müqavilədə klinik və profilaktik təbabət,səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların apaılması,onalrın nəticələri əsasında, həmçinin tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsinə dair konfrans və seminarların keçirilməsi,tədris prosesinə və səhiyyə praktikasına tədrisin,diaqnostikanın, müalicənin və profiaktikanın yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası,həmçinin ali tibb mütəxəssislərinin fasiləsiz professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur.Bu istaqamətlərdə artıq nəzərəçarpan irəliləyişlər var.Çıxışının sonunda professor Nazim Qasımov Akademiyanın kollektivini təbrik etmiş,onlara müvəffəqiyyətlər arzulamışdır.
Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov Belarus Respublikasında səfəri zamanı yubiley tədbirlərində iştirakı ilə yanaşı Belarus Respublikası səhiyyə naziri D.L.Pineviçlə görüşü olmuşdur.Görüş zamanı ölkələrimiz arasında səhiyyə əlaqələrinin vəziyyəti müzakirə olunmuş, səhiyyə təhsil sisteminin təkmilləşdirilməsi perspektivləri haqqında danışılmışdır.
Professor Nazim Qasımovun Belarusiya Diplomdansonrakı Təhsil Akademiyasının rektoru A.N.Çukanovla görüşündə İnstitutumuzla Akademiya arasında getdikcə genişlənən əlaqələr ətrafinda,təhsildə innovativ metodların tətbiqi və gələcəyin yüksək ixtisaslı kadrlarının hazırlanması yolları haqqında müzakirələr aparılmışdır.
Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımovun eyni zamanda Qomelsk Dövlət Tibb Universitetinin rektoru dosent İ.O.Stoma,Vitebsk Dövlət Tibb Universitetinin rektoru professor A.T.Şastnıy ilə də görüşləri olmuş və institutumuzla bu ali tibb təhsili müəssisələri arasında gələcək əlaqələr haqqında razılaşmalar əldə edilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX