2021/2022-ci tədris ili üçün Azərbaycan Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialının rezidenturasına qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olmuş şəxslər 12.10.2021-ci il tarixindən 15.10.2021-ci il tarixinədək Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və siyahıda göstərilən sənədlərin əslini və surətini şəxsən qeyd olunan tarixdə və ünvanda təqdim etməlidirlər:
- Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
- baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;
- xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
- xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
Tarix və ünvan:
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmuş şəxslər 12 oktyabr saat 09.30-15:00
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentura şöbəsi (Ünvan: Bakı ş., Müzəffər Həsənov 35)
Tarix və saat
|
İxtisasların adı
|
12 oktyabr
saat
09.30-12:30
|
|
|
Anesteziologiya – reanimatologiya
|
Ümumi cərrahiyyə
|
Plastik cərrahiyyə
|
Otorinolarinqologiya
|
Travmatologiya-ortopediya
|
Onkologiya
|
Urologiya
|
Oftalmologiya
|
Mamalıq-ginekologiya
|
Psixiatriya
|
Nevrologiya
|
Daxili xəstəliklər
|
Kardiologiya
|
Nefrologiya
|
Qastroenterologiya
|
Saat 12:30
|
|
|
Hematologiya
|
Dermatovenerologiya
|
Revmatologiya
|
Endokrinologiya
|
Narkologiya
|
Ftiziatriya
|
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
|
Pediatriya
|
Şüa diaqnostikası
|
Üz-çənə cərrahiyyəs
|
Sosial gigiyena və səhiyyənin təşkili
|
Gigiyena
|
Tibbi mikrobiologiya
|
Epidemiologiya
|
Ailə təbabəti
|
Azərbaycan Tibb Universitetinin rezidenturasına qəbul olmuş şəxslər 13, 14 oktyabr saat 09:30-15:00 (aşağıdakı cədvəl üzrə) Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsi (Ünvan: Bakı ş.,Ənvər Qasımzadə k.,14)
Tarix və saat
|
İxtisasların adı
|
13 oktyabr
saat
09.30-13:00
|
|
|
Anesteziologiya-reanimatologiya
|
Ümumi cərrahiyyə
|
Neyrocərrahiyyə
|
Plastik cərrahiyyə
|
Ürək-damar cərrahiyyəsi
|
Uşaq cərrahiyyəsi
|
Otorinolarinqologiya
|
Travmatologiya-ortopediya
|
Onkologiya
|
Urologiya
|
Oftalmologiya
|
Şüa terapiyası
|
saat
13.00-15:00
|
|
|
Şüa diaqnostikası
|
Üz-çənə cərrahiyyəsi
|
Sosial gigiyena və səhiyyənin təşkili
|
Gigiyena
|
Tibbi mikrobiologiya
|
Laboratoriya işi
|
Tibbi genetika
|
14 oktyabr
saat
09.30-13:00
|
|
|
Mamalıq-ginekologiya
|
Psixiatriya
|
Nevrologiya
|
Daxili xəstəliklər
|
Kardiologiya
|
Nefrologiya
|
Qastroenterologiya
|
Hematologiya
|
Dermatovenerologiya
|
Allerqologiya və immunologiya
|
Yoluxucu xəstəliklər
|
Uşaq və yeniyetmə psixiatriyası
|
Uşaq endokrinologiyası
|
Uşaq nefrologiyası
|
Uşaq nevrologiyası
|
Uşaq qastroenterologiyası
|
Uşaq yoluxucu xəstəlikləri
|
Uşaq ürək-damar cərrahiyyəsi
|
saat
13.00-15:00
|
|
|
Revmatologiya
|
Endokrinologiya
|
Narkologiya
|
Fizioterapiya və tibbi bərpa
|
Ftiziatriya
|
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
|
Pediatriya
|
Epidemiologiya
|
Ailə təbabəti
|
Nüvə təbabəti
|
Endodontiya
|
Parodontologiya
|
Restorativ stomatologiya
|
Ortopedik stomatologiya
|
Uşaq stomatologiyası
|
Ortodontiya
|
Uşaq urologiyası
|
Uşaq kardiologiyası
|
Neonatologiya
|
|
|
|
|
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialının rezidenturasına qəbul olmuş şəxslər 15 oktyabr saat 09.30-13:00 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (Ünvan: Bakı ş., M.Mirqasımov k., 1A)
Qeyd: Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.
Mənbə:
www.sehiyye.gov.az