Dövrü attestasiyanın test mərhələsində rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verməlidir. Test suallarına hər düzgün cavab 2 (iki) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur (səhv cavablar düz cavablara təsir göstərmir). Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər dövrü attestasiyadan keçmiş hesab olunurlar. Dövrü attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Dövrü attestasiya ixtisaslar üzrə aşağıda göstərilən tarix və saatlarda Azərbaycan Tibb Universitetinin
İmtahan Mərkəzində keçiriləcəkdir. İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir
13 OKTYABR
SAAT 1000-1200
№
|
İxtisas
|
Zal
|
1
|
Ümumi Cərrahiyyə
|
Zal №1
|
2
|
Mamalıq-ginekologiya
|
Zal №2
|
SAAT 1230-1430
№
|
İxtisas
|
Zal
|
1
|
Travmatologiya və Ortopediya
|
Zal №1
|
2
|
Kardiologiya
|
3
|
Oftalmologiya
|
Zal №2
|
4
|
Urologiya
|
5
|
Uşaq Cərrahiyyəsi
|
6
|
Dermatovenerologiya
|
14 OKTYABR
SAAT 1000-1200
№
|
İxtisas
|
Zal
|
1
|
Plastik Cərrahiyyə
|
Zal №1
|
2
|
Psixiatriya
|
3
|
Pediatriya
|
4
|
Nefrologiya
|
Zal №2
|
5
|
Yoluxucu xəstəliklər
|
6
|
Endokrinologiya
|
SAAT 1230-1430
№
|
İxtisas
|
Zal
|
1.
|
Qastroenterologiya
|
Zal №1
|
2
|
Allerqologiya və İmmunilogiya
|
3
|
Şüa-diaqnostikası
|
5
|
Üz Çənə Cərrahiyyəsi
|
6
|
Sosial gigiyena və Səhiyyənin təşkili
|
7
|
Anesteziologiya və Reanimatologiya
|
Zal №2
|
8
|
Neyrocərrahiyyə
|
9
|
Daxili xəstəliklər (Terapiya)
|
10
|
Revmatologiya
|
15 OKTYABR
SAAT 1000-1200
№
|
İxtisas
|
Zal
|
1.
|
Nevrologiya
|
Zal №1
|
2
|
Otorinolarinqologiya
|
3
|
Onkologiya
|
4
|
Ürək Damar Cərrahiyyəsi
|
5
|
Ortodontiya
|
Zal №2
|
6
|
Stomatologiya
|
7
|
Paradontologiya
|
8
|
Ortopedik stomatologiya
|
9
|
Neonatologiya
|
10
|
Uşaq endokrinologiyası
|
11
|
Uşaq kardiologiyası
|
12
|
Uşaq yoluxucu xəstəlikləri
|
13
|
Uşaq nefrologiyası
|
14
|
Uşaq qastoenterologiyası
|
15
|
Uşaq nevrologiyası
|
16
|
Epidemiologiya
|
17
|
Gigiyena
|
18
|
Nüvə təbabəti
|
19
|
Uşaq psixiatriyası
|
20
|
Mikrobiologiya
|
21
|
Laboratoriya işi
|
22
|
Fizioterapiya
|
23
|
Hematologiya
|
24
|
Patoloji anatomiya,məhkəə-tibbi ekspertiza
|
Qeyd:
1. İmtahana giriş kodlarınızı əldə etmək üçün imtahandan 30 dəqiqə öncə şəxsiyyət vəsiqənizlə Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzinə yaxınlaşmağınız xahiş olunur.
2. İmtahana gələrkən rezident vəsiqəniz, şəxsiyyət vəsiqəniz və peyvənd vəsiqəniz olmalıdır.
3. Rezident vəsiqəsi olmayan ATU rezidentləri Rezidentura və Magistratura şöbəsinə yaxınlaşaraq arayış götürməlidir.
4. Hamiləlik və hər hansı xəstəlik səbəbi ilə peyvənd olunmayanlar poliklinikadan və ya həkimdən rəsmi arayış təqdim etməlidir.
Rezidentura və magistratura şöbəsi