14-16 iyul 2021-ci il tarixlərində Fransanın paytaxtı Paris şəhərində Avropa Kəllə-Üz-Çənə Assosiasiyasının 25-ci beynəlxalq konqresi onlayn formatda keçirilmişdir. Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinə həsr olunmuş xüsusi sessiyada Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli “Recent Concepts In Periodontal Soft Tissue Reconstruction” mövzusunda məruzəsini kongres iştirakçılarına təqdim etmişdir.