Dünyada hər il 14 iyun tarixi Qan Donor Günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Donorlar Federasiyası, Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qan Köçürmə Cəmiyyəti kimi təşkilatlar həmin günün keçirilməsinə dəstək verirlər. Bu il günün qeyd olunması «Qan ver ki, həyat qaynasın!» şüarı altında keçirilir və əsas diqqət könüllü,təmənnasız qan donorluğuna gənclərin cəlb olunmasına verilir.
Ənənəvi olaraq, hər il Azərbaycanda da 14 İyun Ümumdünya Qan Donor Gününə həsr edilən müxtəlif yönümlü tədbirlər həyata keçirilir.Bu il Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutu (hematologiya və pediatriya kafedraları), Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ölkədə COVİD-19 pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, onlayn vebinar təşkil edilmişdir.
Vebinarda çixiş edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə seminarı təşkil edən qurumlarla içtimai səhiyyə sahəsində əməkkdaşlığı xüsusi vurğulayaraq, keçirilən tədbiri çox yüksək qiymətləndimişdir.
Vebinarda Ə.Əliyev adına Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunun təkmilləşdirmə kurslarında iştirak edən həkimlərə könüllü, təmənnasız, mütəmadi qan donorluğuna dair yerli və beynəlxalq mənbələrə əsaslanaraq, qan donorluğunun tarixi, təşkili və inkişafı, dünyada və Azərbaycanda qan donorluğu ilə əlaqədar olan vəziyyət, qan donorluğun insana təsirinin tibbi-sosial aspektləri barədə geniş məlumatlar təqdim olunmuşdur. Sonda ixtisasından asılı olmayaraq bütün tibb işçilərinə bu işdə fəal olub, əhalidə düzgün anlayışın formalaşması və məlumatlılığını artırmaq üçün səfərbər olması tövsiyələri edildi.