Rezidentlərimiz beynəlxalq təlim keçirlər

09.06.2021

Əhaliyə göstərilən tibbi yardımın keyfiyyətini yüksəldərək dünya standartlarına çatdırmaq yollarından ən vacibi tibb təhsilinin həmin standartlara üyğun təşkil edilməsidir. Belə bir şəraitdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu öz işini müasir tələblərə uyğun qurmağa çalışır. İnstitumuzda aparılan tədrisin keyfiyyətini artırmaq məqsədilə dünyanın bir çox ali tibb təhsili müəssisələri ilə təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müqavılələr bağlanmışdır. Bu müqavilələrə əsasən həmin tədris müəssisəsinin kafedralarının aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam olunaraq təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirmişlər. Aparılan sorğular göstərir ki, beynəlxalq təhsil kifayət qədər effektlidir, yerli mütəxəssislərin böyük marağına səbəb olur. Həkimlərimizi bu kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edirlər. Bu praktika pandemiyadan sonrakı dövrdə də aktiv davam etdiriləcəkdir.
Eyni zamanda beynəlxalq təhsilin başqa bir forması kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə rezidentlərin bir sıra xarici ölkələrin nüfuzlu ali tibb təhsili müəssisələrinə təlim keçməsi də həyata keçirilir. İndiyənə qədər institutun bir çox kafedralarının 40 rezidenti Almaniya, Türkiyə, Belarusiya və Rusiyanın nüfuzlu tibb universitetlərində bu kurslardan keçmişlər.
Həmin müəssisələr Türkiyənin İstanbul Universiteti Tibb Fakültəsi, İstanbul Mədəniyyət Universiteti Göztəpə Eğitim və Araşdırma xəstəxanası, Erciyes Universiteti Tibb Fakultəsi, Kocaeli Universiteti Tibb Fakultəsi, Mustafa Kamal Üniversiteti Tayfur Ata Sökmen Tibb Fakultəsi, Dokuz Eylül Universiteti Tibb Fakultəsi, Ege Universiteti Tibb Fakültəsi, Hacettepe Üniversiteti Tibb Fakültesi, Ankara Üniversiteti Tibb Fakultesi, Ankara şəhər Uşaq xəstəxanası, Ankara Atatürk Eğitim və Araşdırma xəstəxanası, Almaniya Federasiyasının Brüderkrankenhaus St.Josef xəstəxanası, KMG Elbtalklinik klinikası, Ellwangen St.Anna-Virngrund Klinikası,Rusiya Diplomdan sonra Təhsil Akademiyası, Sankt-Peterburq Birinci Dövlət Tibb Universiteti, Belarusiya Respublikası Travmatologiya və Ortopediya Elmi Mərkəzi, Avstriyanın Vyana şəhəri Beynəlxalq Konfrans Mərkəzidir. Rezidentlər həmin müəssisələrdə təbabətin aktual məsələləri haqqında geniş məlumat almış, müasir diaqnostika və müalıcə metodlarına yiyələnmişlər.
COVİD 19 pandemiyası ilə əlaqədar yaranmış məcburi fasilədən sonra institutumuzda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə artıq rezidentlərimizin beynəlxalq təhsilinə yenidən başlanmışdır. Müsabiqədən keçmiş 12 rezident Belarusiya Respublikası Travmatologiya və Ortopediya Elmi Mərkəzi, Ege Universitesi Tıp Fakültəsi, Ankara şəhər Uşaq Xəstəxanası, İstanbul Mədəniyyət Universiteti Göztəpə Eğitim və Araşdırma xəstəxanası, İstanbul Universiteti Tibb Fakültəsi, Rusiya Diplomdan sonra Təhsil Akademiyasında travmatologiya, mamalıq ginekologiya, ümumi cərrahiyyə, terapiya, nevrologiya, pediatriya və plastik cərrahiyyə ixtisasları üzrə rotasiya keçmək üçün seçilmişlər. Onların 3 nəfəri artıq təlimə başlamış, qalanları da yaxın günlərdə yola düşəcəklər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX